Karyerada düzgün addımlar

Uğurlu karyeraya aparan yol keyfiyyətli təhsil ilə yanaşı, bir çox digər peşəkar bacarıqlardan asılıdır. Çox geniş karyera istiqamətlərinin olduğu İT sahəsində seçimin düzgün edilməsi, effektiv iş axtarışı, korporativ mühitin tələblərinə uyğun olan bacarıqların formalaşdırılması uğurlu karyera qurulmasının vacib şərtlərindəndir. ATL Akademiyada tələbələrin hərtərəfli peşəkar inkişafı müxtəlif formalarda dəstəklənir.

Your path to a new career

Hərtərəfli Dəstək

Karyera planlaması

ATL Akademiya, tələbələrinə vaxtın idarə edilməsi, düzgün kommunikasiya kimi bir çox mövzularda fərdi konsultasiya, inkişaf təlimləri, sınaq texniki və davranış müsahibələri keçirir və onlara lazımi bilik və bacarıqları qazanmaqda peşakar şəkildə köməklik göstərir.

Mentor dəstəyi

ATL Akademiyada, həftəlik nəzəri dərs saatlarından əlavə olaraq, ATL Tech şirkətinin və digər İT şirkətlərinin peşəkar proqramçılarında ibarət bir heyət tədris proqramı boyunca daim tələbələrin suallarını cavablayır və çətinlik yarandığı anda onlara köməklik göstərirlər.

İşə qəbul imkanı

Hər bir məzun olan şəxs və tədrisinin son aylarında olan tələbələrin CV və portfolioları ilk növbədə ATL Tech şirkətinin İnsan Resursları departamenti tərəfindən işə qəbul üçün dəyərləndirilir və digər müvafiq şirkətlərə yönləndirilir.

Təcrübə proqramı

Akademiya məzunları ATL Tech şirkətində təcrübə keçmək imkanı qazanırlar. Akademiya, öz məzunları ilə yanaşı, proqramlaşdırma sahəsində karyera qurmaq istəyən şəxsləri də texniki imtahan nəticəsində təcrübə proqramı ilə təmin edir.

Qeydiyyat formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizə uyğun olan vasitə ilə əlaqə saxlayaq.