Mobil Proqramlaşdırma Kursu

Bu kursda Swift dilini və IOS üçün mobil tətbiqləri kodlaşdırmağı öyrənəcəksiniz. Hər bir yeni mövzunu praktiki formada öyrənməklə IOS proqramçı olaraq işə qəbul olmaq üçün bütün bilik və bacarıqları qazanacaqsınız. Tədris proqramlaşdırmanın əsaslarından başlamaqla davamında Database, Swift, UI kimi mövzuları geniş əhatə edir. Tədris proqramı 1+1 modeli şəklində qurulmuşdur, bu isə o deməkdir ki, hər bir mövzu həm nəzəri, həm də praktiki olmaqla 2 dəfə tədris olunur. Bu kurs sizə IOS mobil proqramçı olmaq üçün lazım olan bütün bacarıqları öyrədəcək. Kursun sonunda bütün IOS cihazları üçün proqram yaza biləcək, alqoritm məntiqinin qurulması, UI, animasiyalar, networking ilə sərbəst işləyəcək, həmçinin texniki intervülərdə iştirak edə biləcəklər.

Niyə Biz?

ATL Akademiya informasiya və telekommunikasiya sahəsində fəaliyyət göstərən İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə xidmətlər təqdim edən ATL Tech şirkətinin nəzdində yaradılmışdır. Akademiya proqramlaşdırma kursunu müvəffəqiyyətlə tamamlayan məzunlarına təcrübə keçmək imkanı yaradan, biznes və tədris sahəsində peşəkar olan təlimçilərin çalışdığı və proqramlaşdırmanın müxtəlif sahələri üzrə əhatəli tədris proqramı ilə seçilən təhsil müəssisəsidir.

6 ay
6 ay
55 dərs
55 dərs
Azərbaycan dili
Azərbaycan dili
Sertifikat
Sertifikat
Tədris Proqramı

Kursun Proqramı

1-ci ay

1-ci ay

  • Programming fundamentals 
  • Language Elements
  • Conditions
  • Loops
  • One dimensional array
  • Multidimensional array
  • Object Oriented Programming
2-ci ay

2-ci ay

  • Swift Programming
  • Playground usage
  • Class structures
  • Interface builder - Storyboard
  • UIKit elements
  • TableView
  • Collection View
  • Animations - UIView
3-cü ay

3-cü ay

  • Cocoapods
  • MapKit and Location
  • .xib in TableView and CollectionView
  • Database - CoreData
  • Implementation of CoreData
  • Database - Realm
  • Implementation of Realm
  • Networking - Alamofire and URLSession
4-cü ay

4-cü ay

  • Real project example: "MovieApp"
  • MediaKit
  • StoreKit
  • 3rd party integrations - Firebase
5-ci ay

5-ci ay

  • Completing "MovieApp" project
  • HeathKit
  • WatchKit
  • General review
6-cı ay

6-cı ay

  • Final Project
  • Demo day and presentation

Hərtərəfli Dəstək

Karyera planlaması

ATL Akademiya, tələbələrə uyğun təhsil proqramının seçilməsindən başlayaraq, peşəkar bacarıqlara (vaxtın idarə edilməsi, düzgün kommunikasiya və s.) yiyələnmək və iş axtarışı kimi bir çox mövzularda fərdi konsultasiya, inkişaf təlimləri, sınaq texniki və davranış müsahibələri keçirməklə dəstək göstərir.

Mentor dəstəyi

ATL Akademiyada, həftəlik nəzəri dərs saatlarından əlavə olaraq, ATL Tech şirkətinin peşəkar proqramçılarından ibarət heyət tərəfindən həftəlik praktik məşğələlər keçirilir, tədris proqramı boyunca daim tələbələrin suallarını cavablayır və çətinlik yarandığı anda onlara köməklik göstərirlər.

İşə qəbul imkanı

Hər bir məzun olan şəxs və tədrisinin son aylarında olan tələbələrin CV və portfolioları ilk növbədə ATL Tech şirkətinin İnsan Resursları departamenti tərəfindən işə qəbul üçün dəyərləndirilir və digər müvafiq şirkətlərə yönləndirilir.

Təcrübə proqramı

Akademiya məzunları ATL Tech şirkətində təcrübə keçmək imkanı qazanırlar. Akademiya, öz məzunları ilə yanaşı, proqramlaşdırma sahəsində karyera qurmaq istəyən şəxsləri də texniki imtahan nəticəsində təcrübə proqramı ilə təmin edir.

//

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.