Product Management Kursu
Məhsul menecerliyi məhsulun necə və niyə idarə edilməsi sualını cavablandıran strateji bir funksiyadır. Şirkətin inkişafı üçün məhsul hədəflərini düzgün şəkildə planlaşdırmaq, hər kəsin ortaq bir təşkilati məqsədə doğru işləməsini təmin etmək məhsul menecerliyinin əsas funksiyonallığıdır. Bu idarəçilik təşkilatlarda davamlı strateji vəzifələri əhatə edir və daim inkişaf prosesinə təkan verir. Bir çox ağıllı şirkətlər, xüsusilə İT məhsullarının yaradıldığı layihələrdə fəaliyyət göstərən, daxilində böyük İT bölmələrinin olduğu şirkətlər bu vəzifələri yerinə gətirmələri üçün məhsul menecerlərinə ehtiyac duyurlar.
Niyə Biz?
2.5 ay
20 dərs
Sertifikat
Azərbaycan dili
Tədris Proqramı
Proqramlaşdırma bilikləri tələb etməyən bu peşə daim texnoloji trend və yenilikləri öyrənməyə, layihə idarəetməsi və təşkilati bacarıqları təkmilləşdirməyə imkan yaradır. Tədris proqramının sonunda MVP təyin edilməsi, kəmiyyət və keyfiyyət metodları, UX dizayn prosesi, Waterfall və Agile inkişaf metodologiyaları və məhsul iterasiyası kimi vacib biliklər alacaqsınız.
1-ci ay
- Introduction to Product Management
- Design Thinking
- Hypothesis: preparation and validation
- Business case
- User Flow and Prototype Testing
- Market opportunity assessment
- SWOT analysis
2-ci ay
- Introduction & Overview of Agile
- Backlog management
- User story mapping
- Product metrics monitoring
- Sales Strategy
- Marketing & Communications
- Public speaking
- Storytelling techniques
Final
- Final Project
- Demo day and presentation
Hərtərəfli Dəstək
Karyera planlaması
ATL Akademiya, tələbələrə uyğun təhsil proqramının seçilməsindən başlayaraq, peşəkar bacarıqlara (vaxtın idarə edilməsi, düzgün kommunikasiya və s.) yiyələnmək və iş axtarışı kimi bir çox mövzularda fərdi konsultasiya, inkişaf təlimləri, sınaq texniki və davranış müsahibələri keçirməklə dəstək göstərir.
Mentor dəstəyi
ATL Akademiyada, həftəlik nəzəri dərs saatlarından əlavə olaraq, ATL Tech şirkətinin peşəkar proqramçılarından ibarət heyət tərəfindən həftəlik praktik məşğələlər keçirilir, tədris proqramı boyunca daim tələbələrin suallarını cavablayır və çətinlik yarandığı anda onlara köməklik göstərirlər.
İşə qəbul imkanı
Hər bir məzun olan şəxs və tədrisinin son aylarında olan tələbələrin CV və portfolioları ilk növbədə ATL Tech şirkətinin İnsan Resursları departamenti tərəfindən işə qəbul üçün dəyərləndirilir və digər müvafiq şirkətlərə yönləndirilir.
Təcrübə proqramı
Akademiya məzunları ATL Tech şirkətində təcrübə keçmək imkanı qazanırlar. Akademiya, öz məzunları ilə yanaşı, proqramlaşdırma sahəsində karyera qurmaq istəyən şəxsləri də texniki imtahan nəticəsində təcrübə proqramı ilə təmin edir.
Digər Kurslar
Frontend Proqramlaşdırma
Data Science and Machine Learning
Advanced iOS Mobil Proqramlaşdırma
Java Proqramlaşdırma
C# Backend Proqramlaşdırma
iOS Mobil Proqramlaşdırma
Technical Product Management
Scrum Master
Advanced Product Management
Android Mobil Proqramlaşdırma
İT Biznes Analitika
Data Analitika
Qeydiyyat Formu
ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.
Xəbərdar Olun!
ATL Akademiya tədbirləri, bloqları, məzun və tələbə uğurları barədə məlumatlı olmağınız üçün email ünvanınızı qeyd edin.