Ən çox soruşulan suallar
ATL Akademiya ilə bağlı maraqlandığınız suallarla aşağıda cavab tapa bilərsiniz. Sualınız cavabı qeyd edilməyibsə, Əlaqə bölməsinə keçid edərək bizimlə əlaqə saxlaya bilərsiniz.
ATL Akademiya nədir?
ATL Akademiya öz məzunlarına təcrübə keçmək imkanı yaradan, biznes və tədris sahəsində peşəkar olan təlimçilərin çalışdığı və proqramlaşdırmanın müxtəlif sahələri üzrə əhatəli tədris proqramı ilə seçilən təhsil müəssisəsidir. ATL Akademiya informasiya və telekommunikasiya sahəsində fəaliyyət göstərən İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə xidmətlər təqdim edən ATL Tech şirkətinin (www.atltech.az) nəzdində yaradılmışdır.
Təcrübə proqramı ilə təmin olunacam?
Tədris proqramının sonunda yekun layihəni uğurla tamamlayan məzunlar ATL Tech şirkətində və ya Akademiyanın əməkdaşlıq etdiyi digər şirkətlərdə təcrübə proqramına yönləndirilirlər. Tələbələr, təcrübə proqramının sonunda müvafiq şirkətin İnsan Resursları departamenti tərəfindən işə qəbul üçün dəyərləndirilir.
Təcrübə proqramına nə daxildir?
Təcrübə proqramı sizə şirkətin proqramçılarının çalışdığı layihələr üzərində tapşırıqları icra etməyə və onun inkişafında iştirak etmək imkanı verir. Təcrübə proqramının sonunda xüsusi tövsiyə məktubu alacaqsınız ki, bu da sizin gələcək karyeranızda vacib bir sənəddir.
Müəllimlər kimlərdir?
ATL Akademiyada dərs keçən müəllimlər tədris və biznes təcrübəsi olan, xaricdə təhsil almış, baş mühəndis kimi çalışan, həmçinin beynəlxalq sertifikatlara sahib olan şəxslərdir.
Təhsil haqqı necə ödənilir?
Seçilmiş proqramın təhsil müddətinə uyğun qrafikə bölünərək, online şəkildə ödənilir.
İxtisasım tam fərqli sahədir, dərslərdə iştirak edə bilərəm?
Bəli. Proqramlaşdırma və Məhsul Menecerliyi üzrə baza biliklər olmadan istənilən ixtisasdan bu sahələrə keçid edib karyeranızı qura bilərsiniz.
Full stack tədris olunurmu?
ATL Akademiyada Full stack proqramı ayrıca tədris edilmir. Lakin, siz Frontend proqramlaşdırma ilə başlayıb daha sonra Backend proqramlaşdırma ilə davam edərək Full stack developer kimi fəaliyyət göstərə bilərsiniz.
Proqramın sonunda sertifikat verilirmi?
Proqramın sonunda tələbələrə yekun layihə və imtahan nəticələri əsasında ATL Akademiya tərəfindən məzun sertifikatı təqdim edilir. ATL Tech şirkətində ödənişsiz təcrübə proqramını uğurla tamamlayan məzunlara da proqramın uğurla tamamlanmasına dair sənəd (xüsusi tövsiyə məktubu) təqdim olunur. Bu namizədin həm karyera, həm də gələcək təhsili üçün vacib sənəddir.
Təqaüdlə necə təhsil almaq olar?
Təqaüd proqramları şirkət və universitetlərlə əməkdaşlıq əsasında həyata keçirilir. Ümumi təqaüd proqramı olduğu halda ATL Akademiyanın sosial media hesablarında paylaşılır.
Tələbələri işə götürürsünüz?
Akademiyanın fəaliyyət göstərməyinin səbəblərindən biri də ATL Tech şirkətinə savadlı kadrların cəlb olunması məqsədi daşıyır. Bacarıqlı tələbələrimiz şirkətimizdə işlə təmin oluna bilirlər. Təcrübə dövründən sonra namizədliyiniz işə qəbul üçün birinci növbədə ATL Tech şirkətində dəyərləndirilir. Lakin, işə qəbul sizin komandadakı fəaliyyətiniz və biliklərinizdən asılıdır.
Qəbul prosesi necə aparılır?
Dərslərə qəbul imtahan əsasında aparılır. İmtahan nəticələri 50% və ya ondan yüksək olduğu halda namizədlər təhsil almaq üçün Akademiyaya qəbul olunurlar.
Yerləşdirmə imtahanında hansı komponentlər üzrə suallar təqdim olunur?
Məhsul Menecerliyi dərsləri üçün qəbul imtahanında ingilis dili, abstrakt və riyazi məntiq, Proqramlaşdırma dərsləri üçün isə qeyd olunan komponentlərlə yanaşı informatika və alqoritm üzrə suallar da təqdim olunur.
Dərslərə neçə yaşından qoşulmaq olar?
ATL Akademiya tərəfindən tədris edilən dərslərə 16 yaşdan yuxarı olan hər bir şəxs qoşula bilər.
Dərslərin keçirilmə müddəti nə qədərdir?
Dərslərin keçirilmə müddəti seçəcəyiniz proqramdan asılı olaraq dəyişir. Ümumi olaraq dərslər 2-8 ay müddətində keçirilir.
Dərslər hansı formada keçirilir?
Dərslər əyani formada Akademiyada keçirilir. Üzrlü səbəblərdən dolayı online qoşulmaq istəyən tələbələr olarsa, eyni dərsə online formada da qoşula bilirlər.
Dərslər hansı saatlarda keçirilir?
Dərslər həm günorta (16:00), həm də axşam (19:00) saatlarında keçirilir.
Həftə sonu dərsləriniz var?
Tədris cədvəli müəllim və tələbələrin ortaq razılığı əsasında qurulur.
Dərslər hansı dildə keçirilir?
Tədris azərbaycan dilində keçirilir, materiallar isə ingilis dilində paylaşılır.
Qrupda neçə nəfər iştirak edir?
Dərslərin produktiv keçirilməsi məqsədi ilə qruplarda iştirakçı sayı minimum 8 maksimum isə 12 nəfər təşkil edir.

Qeydiyyat Formu
ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.
Təşəkkürlər!
Mesajınız uğurla göndərildi. Tezliklə sizinlə əlaqə saxlayacağıq!