8 Mart 8 Qadın Təqaüd Proqramı

07.04.2024 8 Mart ATL Akademiya

8 mart 8 qadın təqaüd proqramının ikinci dalğasına qeydiyyat başladı.

ATL Akademiya olaraq keçən il başlatdığımız missiyamızı davam etdiririk. İnformasiya kommunikasiya texnologiyaları istiqamətində qadınların iştirakının cəlb olunması məqsədi ilə ATL Akademiya olaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi "Technest" Təqaüd Proqramı çərçivəsində Beynəlxalq Qadınlar günündə tam ödənişsiz təqaüd proqramına təqdim etməkdən böyük qürur hissi duyuruq. Düşünürük ki, Beynəlxalq Qadınlar Günü Xanımlar üçün verə biləcəyimiz ən böyük hədiyyə, onlara gələcəyini dəyişmək üçün bir fürsət yaratmaqdır. Beləliklə 8 xanım Technest Təqaüd proqramı çərçivəsində ATL Akademiyada seçdikləri sahə üzrə tam təqaüdlü təhsil almaq hüququ qazanacaqlar. Məqsədimiz öz gələcəklərini quran mütəxəssis xanımlar yetişdirməklə onların əmək bazarında rolunu artırmaq və onlara seçdikləri sahədə karyera qurmaq imkanı yaratmaqdır.


Təqaüd proqramı ATL Akademiyada mövcud olan bütün proqramları (Frontend Proqramlaşdırma, Java Backend Proqramlaşdırma, C# Backend Proqramlaşdırma, iOS Mobil Proqramlaşdırma, Android Mobil Proqramlaşdırma, Product Management, IT Biznes Analitika) əhatə edir və qalib şəxslər hansı proqram üzrə təhsil almaq istədiklərini özləri müəyyənləşdirəcəklər. Proqrama müraciət üçün aşağıda yerləşdirilən link vasitəsilə ilkin qeydiyyat aparılacaq. Daha sonra seçilən namizədlər Məntiq, İnformatika və İngilis dili sahələrini əhatə edən imtahanda iştirak edərək növbəti mərləhəyə keçid əldə edəcəklər. Son mərhələ müsahibə formatında keçiriləcək və burada namizədlərin dünya görüşü,bu sahəyə olan maraqları və .s digər nyuanslar dəyərləndiriləcək. Qazanılan təqaüd 2024-cü ilin sonunadək keçərli olacaq.

Seçim prosesi 3 mərhələdən ibarət olacaq və aşağıdaki formada həyata keçiriləcək:

1) Qeydiyyat mərhələsi: Qeydiyyatdan keçən namizədlər ilkin baxışdan sonra imtahan mərhələsinə dəvət olunacaqlar.


2) İmtahan mərhələsi: İmtahan ümumi 30 sualdan ibarət olacaq: 10 sual Məntiq, 10 sual İnformatika və 10 sual İngilis dili. İmtahan üçün ayrılan müddət 1 saatdır. İmtahan günü və saatı ilə bağlı məlumat 2-ci mərhələyə keçən iştirakçılara göndəriləcək.


3) Müsahibə mərhələsi: İmtahan mərhələsindən uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.Müsahibə günü və saatı haqqında məlumat 2-ci mərhələni uğurla keçən namizədlərə göndəriləcək.

 

Qeydiyyat üçün son tarix 7 aprel.

Link: https://forms.gle/RWbkNtEXMQ96vK5a9

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.