Advanced iOS Mobil Proqramlaşdırma

Bu kursda Swift dilində proqramlaşdırmanı və iOS platforması üçün peşəkar mobil tətbiqlərin hazırlanmasını öyrənəcəksiniz. Hər bir mövzu praktiki yanaşma ilə tədris olunur ki, bu da sizə real iş mühitində qarşılaşacağınız problemləri rahatlıqla həll etməyə imkan verəcək. Kursun sonunda iOS developer kimi işə qəbul olmaq üçün zəruri olan bütün texniki bilik və bacarıqlara sahib olacaqsınız. Tədris proqramı proqramlaşdırmanın əsas anlayışlarından başlayaraq Swift dilinin advanced xüsusiyyətləri, Core Data ilə məlumatların saxlanması, Combine və SwiftUI ilə reactive interfeyslərin hazırlanması, real-time networking, performans optimizasiyası və tətbiqlərin App Store-a çıxarılması kimi mövzuları əhatə edir.

Advanced iOS Mobile Programming kursu Niyə Bizdə?

ATL Akademiya informasiya texnologiyaları sahəsində ölkənin qabaqcıl şirkətlərindən biri olan ATL Tech-in nəzdində fəaliyyət göstərən peşəkar təlim platformasıdır. Akademiyamızda real iş təcrübəsinə əsaslanan və sənaye tələblərinə uyğun hazırlanmış proqramlarla iştirakçılara yüksək keyfiyyətli texniki təlimlər təqdim edilir. Bu kursu bitirən məzunlar yalnız nəzəri deyil, həm də praktiki biliklərə yiyələnmiş, müasir texnologiyalarla işləməyə hazır Strong True Mid iOS developer kimi yetişirlər. Tədris təcrübəli mentorlar tərəfindən dəstəklənir.

4 ay
4 ay
48 dərs
48 dərs
Azərbaycan dili
Azərbaycan dili
Sertifikat
Sertifikat
Tədris Proqramı

Tədris Proqramı

Advanced iOS Mobile Programming kursu iştirakçıları Swift dilində iOS platformasında yüksək səviyyəli tətbiqlər hazırlamağı, real-time data ilə işləməyi, performans və yaddaş optimizasiyası aparmağı, Core Data, Combine və SwiftUI texnologiyaları ilə effektiv interfeys və backend inteqrasiyalar qurmağı öyrənirlər. Tədris 60% praktiki məşğələlər, 40% nəzəri dərslərdən ibarətdir və kurs müddətində iştirakçılar 5-dən çox real layihə əsasında işləyərək peşəkar portfolio formalaşdırırlar.

1-ci ay

1-ci ay

  • Swift Intermediate və Advanced Sintaksis

  • Functional Programming Principles

  • Custom Views & View Modifiers

  • AutoLayout və Adaptive Layout

  • Protocol-Oriented Programming

  • Networking və API Integration (URLSession, Codable, Async/Await)

2-ci ay

2-ci ay

  • SwiftUI ilə dinamik istifadəçi interfeyslərinin yaradılması

  • Core Data ilə məlumatların idarə olunması

  • MVVM Arxitektura Nümunəsi

  • Combine Framework ilə reactive proqramlaşdırma

  • Unit Testing və UI Testing

3-cü ay

3-cü ay

  • Memory Management və Performance Optimization

  • Dependency Injection və Modular Code

  • App Life Cycle və State Management

  • Custom Transitions və Animations

  • App Store'a hazırlıq və Deployment

4-cü ay

4-cü ay

  • Real-time Data ilə işləmək (Sockets, Firebase Integration)

  • Notification Services və Background Tasks

  • Security: Keychain, Authentication (Face ID, Touch ID)

  • Localizations və Accessibility

  • Komanda ilə versiya nəzarəti (Git, GitHub Workflow)

  • Capstone Project – Kompleks iOS Tətbiqinin hazırlanması və təqdimatı

Təlimçi

Şamxal Quliyev

iOS Mobil Proqramlaşdırma/Baş Təlimçi

Hərtərəfli Dəstək

Karyera planlaması

ATL Akademiya, tələbələrə uyğun təhsil proqramının seçilməsindən başlayaraq, peşəkar bacarıqlara (vaxtın idarə edilməsi, düzgün kommunikasiya və s.) yiyələnmək və iş axtarışı kimi bir çox mövzularda fərdi konsultasiya, inkişaf təlimləri, sınaq texniki və davranış müsahibələri keçirməklə dəstək göstərir.

Mentor dəstəyi

ATL Akademiyada, həftəlik nəzəri dərs saatlarından əlavə olaraq, ATL Tech şirkətinin peşəkar proqramçılarından ibarət heyət tərəfindən həftəlik praktik məşğələlər keçirilir, tədris proqramı boyunca daim tələbələrin suallarını cavablayır və çətinlik yarandığı anda onlara köməklik göstərirlər.

İşə qəbul imkanı

Hər bir məzun olan şəxs və tədrisinin son aylarında olan tələbələrin CV və portfolioları ilk növbədə ATL Tech şirkətinin İnsan Resursları departamenti tərəfindən işə qəbul üçün dəyərləndirilir və digər müvafiq şirkətlərə yönləndirilir.

Təcrübə proqramı

Akademiya məzunları ATL Tech şirkətində təcrübə keçmək imkanı qazanırlar. Akademiya, öz məzunları ilə yanaşı, proqramlaşdırma sahəsində karyera qurmaq istəyən şəxsləri də texniki imtahan nəticəsində təcrübə proqramı ilə təmin edir.

Ən Çox Verilən Suallar?

"iOS Developer", "Mobile Software Engineer" və ya "iOS Architect" kimdir?

Advanced iOS Mobile Programming kursu neçə ay davam edir?

Kurs hansı dildə keçirilir?

Kursdan sonra təcrübə və iş imkanları mövcuddurmu?

Bu kursdan sonra hansı texniki bacarıqlara sahib olacağam?

Qeydiyyat Formu