Android Mobil Proqramlaşdırma Kursu

Android proqramlaşdırma kursunda Kotlin dilini və Android üçün mobil tətbiqlərin yaradılmasını öyrənəcəksiniz. Hər bir yeni mövzunu praktiki formada öyrənməklə Android proqramçı olaraq işə qəbul olmaq üçün əsas bilik və bacarıqları qazanacaqsınız. Tədris proqramı 2 dərs nəzəriyyə+1 dərs praktika modeli şəklində qurulmuşdur, bu isə o deməkdir ki, hər bir mövzu həm nəzəri, həm də praktiki olmaqla tədris olunur. Bu kurs sizə Android mobil proqramçı olmaq üçün lazım olan əsas bacarıqları öyrədəcək. Mobil proqramlaşdırma Kursunun sonunda Android mobil tətbiqləri yaza biləcək, UI, animasiyalar, networking və lokal database ilə sərbəst işləyəcək və ilkin android arxitektura bilikləri əldə edəcəksiniz. Bu biliklərlə texniki intervülərdə iştirak edə bilərsiniz.

Android proqramlaşdırma niyə Bizdə?

ATL Akademiya informasiya və telekommunikasiya sahəsində fəaliyyət göstərən İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə xidmətlər təqdim edən ATL Tech şirkətinin nəzdində yaradılmışdır. Akademiya proqramlaşdırma kursunu müvəffəqiyyətlə tamamlayan məzunlarına təcrübə keçmək imkanı yaradan, biznes və tədris sahəsində peşəkar olan təlimçilərin çalışdığı və proqramlaşdırmanın müxtəlif sahələri üzrə əhatəli tədris proqramı ilə seçilən təhsil müəssisəsidir. Android proqramlaşdıra kursunu bitirdikdə, indinin və gələcəyin sahəsini öyrənmiş olacaqsınız.
6 ay
6 ay
60 dərs
60 dərs
Sertifikat
Sertifikat
Azərbaycan dili
Azərbaycan dili
Tədris Proqramı

Proqramın sonunda Kotlin dilini, obyekt yönümlü proqramlaşdırmanı, Android UI komponentlərdən istifadəni, müxtəlif cihazlara uyğun tətbiqin UI hazırlanmasını, lokal databaza və network ilə işləməni, dataların əldə edilib istifadə olunmasını öyrənəcəksiniz. Bundan əlavə, sıfırdan bir tətbiq hazırlayarkən tətbiqin arxitekturasının standartlara uyğun qurulmasını, custom UI elementlərin hazırlanmasını, UI elementlərin dinamik halda necə istifadə edilməsini öyrənib, tətbiq edəcəksiniz.

1-ci ay

1-ci ay

  • Programming Fundamentals
  • Kotlin Basics
  • Kotlin Control Flow
  • Kotlin Functions
  • Kotlin Classes (Part 1)
  • Kotlin Classes (Part 2)
  • OOP in Kotlin (Part 1)
  • OOP in Kotlin (Part 2)
2-ci ay

2-ci ay

  • Layouts
  • UI Components (Part 1)
  • UI Components (Part 2)
  • Activities
  • Fragments (Part 1)
  • Fragments (Part 2)
  • Alerts, Dialogs
  • Recyclerview, ViewPager
3-cü ay

3-cü ay

  • DataBinding, ViewBinding
  • Jetpack Navigation (Part 1)
  • Jetpack Navigation (Part 2)
  • Kotlin Coroutines (Part 1)
  • Kotlin Coroutines (Part 2)
  • Local data storing
  • Networking (Part 1)
  • Networking (Part 2)
4-cü ay

4-cü ay

  • ViewModel
  • Dagger Hilt (Part 1)
  • Dagger Hilt (Part 2)
  • Services and notifications
  • Work manager
  • Gradle, Manifest
  • Permissions
  • Animations
5-ci ay

5-ci ay

  • MVVM architectural pattern
  • Clean Architecture
  • Firebase (Part 1)
  • Firebase (Part 2)
  • Git version control
  • Design Patterns
  • Play Console
6-ci ay

6-ci ay

  • Final Project
  • Demo day and presentation

Hərtərəfli Dəstək

Karyera planlaması

ATL Akademiya, tələbələrə uyğun təhsil proqramının seçilməsindən başlayaraq, peşəkar bacarıqlara (vaxtın idarə edilməsi, düzgün kommunikasiya və s.) yiyələnmək və iş axtarışı kimi bir çox mövzularda fərdi konsultasiya, inkişaf təlimləri, sınaq texniki və davranış müsahibələri keçirməklə dəstək göstərir.

Mentor dəstəyi

ATL Akademiyada, həftəlik nəzəri dərs saatlarından əlavə olaraq, ATL Tech şirkətinin peşəkar proqramçılarından ibarət heyət tərəfindən həftəlik praktik məşğələlər keçirilir, tədris proqramı boyunca daim tələbələrin suallarını cavablayır və çətinlik yarandığı anda onlara köməklik göstərirlər.

İşə qəbul imkanı

Hər bir məzun olan şəxs və tədrisinin son aylarında olan tələbələrin CV və portfolioları ilk növbədə ATL Tech şirkətinin İnsan Resursları departamenti tərəfindən işə qəbul üçün dəyərləndirilir və digər müvafiq şirkətlərə yönləndirilir.

Təcrübə proqramı

Akademiya məzunları ATL Tech şirkətində təcrübə keçmək imkanı qazanırlar. Akademiya, öz məzunları ilə yanaşı, proqramlaşdırma sahəsində karyera qurmaq istəyən şəxsləri də texniki imtahan nəticəsində təcrübə proqramı ilə təmin edir.

Ən çox verilən suallar

Kursun sonunda hansı alətləri öyrənmiş olacağam?

Kurs neçə ay davam edir?

Kursa necə qoşula bilərəm?

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.