TECHNEST

12.04.2024 7 mart ATL Akademiya

ATL Akademiya, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi "Technest" Təqaüd Proqramının dördüncü dalğasında 2 istiqamət üzrə təqaüd qazanmaq şansı təqdim edir.

Təqaüd proqramı ATL Akademiyada 4 ildir tədris olunan və əmək bazarı üçün yüzlərlə kadr yetişdirdiyi Java Backend Proqramlaşdırma və Product Management tədris proqramlarını əhatə edir.

Proqrama ilkin müraciət bu link üzərində aparılır. Linkə daxil olub öz şəxsi məlumatlarınızı qeyd etdikdən sonra sahələr üzrə seçdiyiniz istiqaməti və ATL Akademiyanı seçərək qeydiyyatı tamamlayırsınız.

 

Daha sonra seçilən namizədlər məntiq, informatika və ingilis dili üzrə imtahanda iştirak edərək növbəti mərləhəyə keçid əldə edəcəklər. Son mərhələ müsahibə formatında keçiriləcək və burada namizədlərin dünya görüşü, bu sahəyə olan maraqları və digər nüanslar dəyərləndiriləcək.

 

Product Management üzrə tədris proqramı ümumilikdə 5 ay davam edir və praktiki əsaslı tədris olunur. Bu istiqamət üzrə bütün mərhələləri uğurla tamamlayan perspektivli 12 nəfər tam təqaüdlə təhsil almaq imkanı əldə edəcək.

 

Java Backend Proqramlaşdırmada istiqamətində tədris 7 ay müddətində davam edir.Təqaüd faizləri müxtəlif olacaq və ümumi göstərilən yekun nəticəyə əsasən təyin ediləcək.

Bu istiqamətdə Təqaüd aşağıdakı şəkildə müəyyən olacaq:

 

🔸100% Təqaüd - 2 nəfər

🔸90% Təqaüd - 2 nəfər

🔸80% Təqaüd - 2 nəfər

🔸70% Təqaüd - 6 nəfər

 

Öz bilik və bacarıqlarına inanan gəcləri təqaüd proqramında iştirak etməyə dəvət edirik.

Gələcəyinizi dəyişməyin tam vaxtıdır!

 

 

Qeydiyyat üçün son tarix 7 aprel. Qeydiyyat linki: https://technest.idda.az/

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.