UNEC

06.04.2023 15:00 ATL Akademiya

IT sahəsində kariyerasını qurmaq üçün ilk addımı atmaq istəyən tələbələrə möhtəşəm xəbərimiz var!

İnnovasiyalar və Rəqəmsal İnkişaf agentliyi, UNEC Ömürboyu Təhsil Mərkəzi və ATL Akademiyanın birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin tələbələri üçün "Technest" təqaüd proqramına qeydiyyatı açıq elan edirik.📣

Technest təqaüd proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin IT sahəsində təhsil alan tələbələrinə iki istiqamətdə:

🔸 Frontend proqramlaşdırma
🔸 Android mobil proqramlaşdırma

üzrə tədris proqramı təklif olunacaq.

Tam təqaüdlə təhsil alıb əmək bazarında axtarılan kadr olmaq üçün biodakı linkdən qeydiyyatdan keçin və gələcəyinizi ATL Akademiya ilə dəyişin!

Qeyd: Təqaüd proqramı yalnız Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün nəzərdə tutulub!

 

Qeydiyyat üçün link : https://forms.gle/qU19MUvUCTCFLEkEA

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.