Kurslar
ATL Akademiya proqramlaşdırma və texnologiyaları dərindən öyrənmək və ya karyeranızı İT sektoruna doğru istiqamətləndirmək üçün lazım olan tədris proqramları təklif edir.
ƏtraflıRəylər
Sahəsindən asılı olmayaraq, bu günün ən böyük problemlərindən biri nəzəri biliklərlə iş reallığının uzlaşmamasıdır. ATL Akademiyanın elə əsas fərqi və yaranma səbəbi də bu problemi yox etməkdir. Nəzəriyyəmizin arxasında bu sahənin real və öndə gələn şirkəti və təcrübəsi var.
Akademiyada Java üzrə keyfiyyətli və dərin biliklər əldə etdim. Təlimçilər həm savadlı, həm də hər zaman dəstək olmağa hazır idilər. Praktik yönümlü dərslər sayəsində real layihələr üzərində işləmə imkanı qazandım. Ümumilikdə akademiya mənə həm peşəkar, həm də şəxsi inkişafımda böyük töhfə verdi.
Düşünürəm ki, ATL proqramlaşdırmanın istənilən sahəsi üçün seçilə biləcək ən yaxşı kursdu. Bunun əsas səbəblərindən biri də Təlimçilərin peşəkarlığıdır. Demək olar ki, mənim üçün dəyilməz olan nüanslardan biri də mentorumdur. Əlavə olaraq əmakdaşlar çox mehribandır, iş saatları daxilində günün istənilən vaxtı mesaj yazdıqda cavablayırlar. Hər bir tələbə ilə yaxından maraqlanırlar (ən azından düşünürəm bu münasibət mənə xüsusi deyil).
ATL Akademiyada təhsil aldığım müddətdə müəllimlərin düzgün yönlədirməsi sayəsində kurs davam etdiyi halda təcrübə proqramlarına qəbul oldum və hal-hazırda Backend proqramçı olaraq işləyirəm. Müəllim heyətinin və əməkdaşların yüksək səriştəsi nəticəsində gənc yaşda karyeramı düzgün təməllərlə qurduğuma inanıram.
Front end sahəsinə marağım olduğu üçün daim bu sahəni öyrənməyin yollarını axtarırdım. ATL akademiyada təhsil almaq özümü bu sahədə inkişaf etdirmək üçün atdığım önəmli addımlardan biri oldu. Təlimçilər və akademiya kollektivi sayəsində yeni biliklərə yiyələndim. Bu müddət ərzində əməyi keçən hər kəsə təşəkkür edirəm!
Tədris mənim üçün maraqlı və faydalı oldu. İlk növbədə yeni başladığım bu sahədə özümü inkişaf və fundamental səviyyədə ilkin biliklər əldə etdim. Tədris boyunca mentorumuz Ayxan bəyin dərslərinin keyfiyyəti, məsuliyyəti və hər zaman bizlərə vaxtından asılı olmayaraq kömək etməsi bizləri daha da həvəsləndirdi. Məncə tədris yüksək səviyyədə təşkil olunmuşdu və bunun nəticəsi olaraq tədrisin sonlarına yaxın artıq mən İOS developer kimi təcrübəyə də daxil olum.
Tədris dövründə hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Ən əsası dərslərin keyfiyyəti, materiallara rahat əlçatanlıq, problemlərin həllində göstərilən köməklik və təşkil olunan tədbirlər tədris dövrünün axıcı və faydalı keçməsində böyük rol oynayırdı.
İlk öncə onu deyim ki, artıq ATL Akademiyada təhsil aldığım sahə üzrə, yəni iOS Developer kimi işləyirəm. ATL Akademiyanın əməkdaşlarının və tələbələrin təhsil aldıqları sahəni maksimum mənimsəmələri üçün əlindən gələni etdiyinə əminəm. Burada əsas məqam yaradılan şəraitlə yanaşı, öz işində professional və vicdanla çalışan müəllimlərdir. Fürsətdən istifadə edib Fəqan müəllimə öz dərin minnətdarlığımı bildirirəm, çünki dərs keçdiyimiz müddətdə də, sonrasında da bezmədən, günün istənilən saatında öz köməyini göstərib. İnanın, real iş mühitində hələ də müəllimin dərslərinə baxıram. Çox incə və ətraflı izah edib. Bir daha ATL komandasına minnətdarlığımı bildirirəm.
Dərslərlə bağlı ən sevdiyim məqam mentor sistemi oldu. Ümumiyyətlə, Akademiyadakı mühit o qədər doğma və rahatdır ki, dərsdən əlavə vaxtlarda da gəlib mentorlarla praktiki tapşırıqlar işləmək, qrup yoldaşlarımla müzakirələr etmək xoşuma gəlirdi. Fikirləşirəm ki, ATL Akademiyada təhsil almaq qərarı karyeram üçün aldığım ən yaxşı qərarlardan biridir.
Texnologiya dünyası ilə ilk tanışlığım 2016-ci ildə Helpdesk kimi olub. Bir müddət işlədikdən sonra karyeramın daha düzgün yolda irəliləməsi üçün peşəmi dəyişmək və proqramçı olmaq qərarını aldım. Lakin sıfırdan öyrənmək məcburiyyətində idim, çünki bu sahədə biliyim yox idi. Bu qərarı aldıqdan sonra qərardan da çətin olan proses hansı kursu seçməyim idi. Seçimim ATL Akademiya oldu. Kursa başlayandan sonra təlimçi və kollektiv heyətinin səmimi və savadlı olması seçimimin düz olduğunu bir daha göstərdi. Təşəkkürlər, ATL Akademiya!
Salam, mən Səbinə Əzimova, hal-hazırda iOS Developer olaraq “MPAY” şirkətində çalışıram. Dövlət İdarəçilik Akademiyasında bakalavr və magistr pilləsi üzrə kompüter elmləri ixtisasına yiyələnmişəm. Daha öncə İT üzrə müxtəlif istiqamətlərdə işləsəm də, iOS proqramlaşdırma məni xüsusilə cəlb edirdi. Əvvəlcə bu sahəni sərbəst şəkildə öyrənməyə başladım, daha sonra isə “ATL Akademiyada tədris olunan “iOS mobil proqramlaşdırma” kursuna müraciət etdim. Tədris boyunca dərslərin keyfiyyəti, müəllimin peşəkarlığı sayəsində bu sahə üzrə daha dərin biliklər əldə edə bildim. Ümumiyyətlə, təcrübəmə əsaslanaraq demək istəyirəm ki, İT sahəsində istiqamət seçərkən əsas faktor kimi həmin işə qarşı həvəsin olub-olmamağını nəzərə almaq vacibdir. Əgər insan özünü uzunmüddətli olaraq həmin sahədə görürsə, deməli, doğru seçim etmiş olur. Əgər bu seçim iOS proqramlaşdırma olarsa, tərəddüd etmədən ATL Akademiyanı seçməyi tövsiyə edirəm.
Mən Sevər Cəfərli, ilk başlarda self study edərək öyrənirdim. Daha sonra Technest-də müraciət edərək ATL Akademiyada tam təqaüdlə təhsil alma imkanı əldə etdim. Burada roadmap əsasında disiplinli formada öyrənməyə başladım. Müəllimin dərsdə göstərdiyi nümunələr real iş həyatında qarşılaşılan problemlərlə olduğu üçün bunun həm də bir növ işə hazırlıq periodu olduğunu anladım. Dərsdə real case-lər əsasında praktika edirik. Bundan əlavə həm də yeni əlaqələr qurdum. Keçirilən tədbirlərdə iştirak edərək həm çevrəmi genişləndirirəm həm də soft bacarıqlarımı inkişaf etdirirəm. Bu isə iş tapmağıma kömək oldu. Müsahibə mərhələsindən rahatlıqla keçdim. Bu il Azərconnectdə 3 aylıq təcrübə proqramında oldum eyni zamanda ABB-dən ios üzrə kiçik proqramçı olaraq təklif aldım. Mən ABB-ni seçdim. Hal-hazırda ABB-də iOS proqramçı olaraq çalışıram.
ATL Akademiyada təhsil aldığım müddətdə istər akademiyanın təşkilatçılığı, komandası, istərsədə, təlimçidən çox razı qaldım. Burada səmimi mühit və öyrənmək üçün bütün şərait var.
ATL Akademiyada dərslərin keyfiyyətli keçilməsi üçün yaradılmış şərait məni çox qane etdi. Müəllim heyəti, eləcə də işçi heyətinin hər bir tələbəyə ayrılıqda diqqəti və hörməti nəticəsində yaranan səmimi mühitdən çox razı qalıram .
Fikirləşirəm ki, Udemy-dən dərs alsaydım bu qədər yaxşı öyrənə bilərdimmi? Amma görürəm ki, bu, ATL Akademiyadakı təlimçi və mentorlarımız olmadan mümkün olmazdı.
Yenilikləri sevən və özünü inkişaf etdirmək istəyən biri olaraq proqramlaşdırmanı öyrənmək mükəmməldir. ATL Akademiyaya proqramlaşdırmanı öyrənərək düşünmə modelinin formalaşması üçün yazıldım və təhsil aldığım müddət ərzində tədris prosesi, dərslərin keyfiyyati və səmimi mühitdən çox razı qaldım.
Java proqramlaşdırma üzrə ATL Akademiyada təqaüdlü təhsil qazanmış tələbələrdənəm. Dərslərdə data strukturları və alqoritmlər kimi mövzuları dərindən keçirik. Praktiki saatlarda mentorla tapşırıqlar üzərində işləmək isə proqramlaşdırmada məntiqi dərk etmək üçün çox faydalı olur. Xüsusilə də mentorun təcrübəsi və tələbkarlığı dərsdə bir iş mühitinə oxşarlıq yaradır.
Faydalı Bloqlar
Yeni texnologiyalar, İT sahəsində karyera imkanları və bir çox faydalı məlumatları bloqlarımızı oxuyaraq əldə edə bilərsiz.
Ətraflı

