Proqramlaşdırma kursları

Frontend və backend proqramlaşdırma üzrə məzunların yekun layihələrinin təqdimatı

28.03.2020

26 Noyabr Lütfizadə Texnologiyalar mərkəzində ATL Akademiyanın Frontend və Backend proqramlaşdırma üzrə təhsillərini uğurla tamamlayan tələbələrinin təqdimat günü keçirildi. On iki tələbə qrup şəklində müxtəlif layihələr - Fast Food restorantlar üçün çatdırılma, sifariş və müştərilərlə əlaqələrin idarəetmə (CRM) modulları üzərində işlədi.

Qiymətləndirmə həm informasiya texnologiyaları, həm də biznes sahəsində kifayət qədər peşəkar juri heyəti - Məhəmməd Sofiyev (ATL Tech şirkətinin proqram təminatları üzrə meneceri), İmran Bağırov (Lütfizadə Texnologiyalar mərkəzinin yaradıcısı), Aqşin Rəcəbli (mobil tətbiq proqramçı və UX dizayner), Cəmşid Naxçıvanski (E-gov inkişaf mərkəzində proqram təminatı şöbəsinin müdiri), Anar İsgəndərov (E-gov inkişaf mərkəzində direktor) tərəfindən aparılmışdır.

Layihənin hansı problemi həll etməsinin izahı, layihə prototiplərinin tamamlanmış olması, dizaynı və user friendly olması, yazılmış kodların strukturu kimi meyarlar üzrə ən yüksək qiymətləndirilmiş layihə "Apple" komandasının "Ordering module" (40 üzərindən 25.2 bal) layihəsi olmuşdur. 

"Ordering module" Fast Food restorantlardan müştərilərin rahat şəkildə sifariş etməsi üçün hazırlanmış bir platformadır.

Tədris proqramını uğurla tamamlamış tələbələr ATL Tech şirkətində təcrübə proqramında iştirak etmək imkanı qazandılar.

ATL Akademiyada FrontendBackend proqramlaşdırma üzrə tədris proqramları barədə daha ətraflı məlumat almaq üçün linkə keçid edə bilərsiniz.

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.