Backend Proqramlaşdırma

Backend proqramlaşdırmanı öyrənmək daha üstün bacarıqlara və bununla da yüksək gəlirli peşəkar olmağa imkan verir. Veb proqramların hansı məntiqlə və necə işləməsi, məlumatların saxlanılması və istifadə edilməsi backend proqramlaşdırma zamanı baş verir. Arxa da istifadə olunan kodlara Java, Python, Ruby və ya .Net daxildir.Həmçinin verilənlər bazası ilə əlaqə qura biləcək bir vasitəyə də ehtiyac olacaqdır. Verilənlər bazasının təhlükəsizliyi, məzmun idarəetməsi və veb quruluşu kimi işlərin idarəsi də backend proqramlaşdırma zamanı edilir.

Backend proqramçı kimdir?

Backend proqramçılar veb layihələrin server tərəfinin işlənməsi ilə məşğul olurlar. Onların vəzifəsinə saytın ümumi iş prinsipi və məntiqinin işlənib hazırlanması, frontend proqramçıların yazdıqları kodun server tərəflə inteqrasiyası, kontentin idarə olunması, saytın təhlükəsizliyin təmin edilməsi kimi öhdəliklər daxildir. Onlar həmçinin frontend və mobil tətbiq proqramçıları tərəfindən istifadə olunan veb xidmətlər və API’lərin hazırlanması ilə də məşğul olurlar.

Nə öyrənirəm?

Tədrisin sonunda Java proqramlaşdırma dilini, HTTP protokolları, REST APİ, Docker, JPA və Hibernate 5, Spring boot, Spring security, JDBC, Daimi ifadələr (Regular Expressions), Liquibase kimi texnologiyalar vasitəsilə verilənlər bazası, server skript və APİ-lərin birgə işini qurmağı biləcəksiniz.

Tədris saatları

Proqram mənə nə qazandırır?

Tədris proqramını uğurla başa çatdırmış məzunlar sertifikat əldə edir. Əlavə olaraq, tədris proqramında təqdim olunan materiallar sizi məşhur Oracle şirkətinin beynelxalq sertifikat imtahanlarını uğurla keçməyiniz üçün də hazırlayır.

Beynelxalq sertifikat imtahanları:

 

Oracle Certified Associate, Java SE 8 Programmer (OCAJP/SCJA)

 

Oracle Certified Professional, Java SE 8 Programmer (OCPJP/SCJP)

 

Oracle Certified Expert, Java EE Web Component Developer (OCEJWCD)

Qeydiyyat mərhələsi

Onlayn müraciət

Onlayn müraciət formunu dolduraraq ətraflı məlumat ala və ya  görüş təyin edə bilərsiniz.

Konsultant ilə görüş

Proqramların detallı məzmunu və tədris forması ilə tanış olmaq üçün proqram konsultantı ilə görüşə bilərsiz.

Qeydiyyatı tamamla

Müqavilənin bağlanması və təhsil haqqı ödənişini Akademiyaya gələrək və ya online edə bilərsiniz.

Hərtərəfli Dəstək

Karyera planlaması

ATL Akademiya, tələbələrə uyğun təhsil proqramının seçilməsindən başlayaraq, peşəkar bacarıqlara (vaxtın idarə edilməsi, düzgün kommunikasiya və s.) yiyələnmək və iş axtarışı kimi bir çox mövzularda fərdi konsultasiya, inkişaf təlimləri, sınaq texniki və davranış müsahibələri keçirməklə dəstək göstərir.

Mentor dəstəyi

ATL Akademiyada, həftəlik nəzəri dərs saatlarından əlavə olaraq, ATL Tech şirkətinin peşəkar proqramçılarından ibarət heyət tərəfindən həftəlik praktik məşğələlər keçirilir, tədris proqramı boyunca daim tələbələrin suallarını cavablayır və çətinlik yarandığı anda onlara köməklik göstərirlər.

İşə qəbul imkanı

Hər bir məzun olan şəxs və tədrisinin son aylarında olan tələbələrin CV və portfolioları ilk növbədə ATL Tech şirkətinin İnsan Resursları departamenti tərəfindən işə qəbul üçün dəyərləndirilir və digər müvafiq şirkətlərə yönləndirilir.

Təcrübə proqramı

Akademiya məzunları ATL Tech şirkətində təcrübə keçmək imkanı qazanırlar. Akademiya, öz məzunları ilə yanaşı, proqramlaşdırma sahəsində karyera qurmaq istəyən şəxsləri də texniki imtahan nəticəsində təcrübə proqramı ilə təmin edir.

Qeydiyyat formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizə uyğun olan vasitə ilə əlaqə saxlayaq.