Frontend Proqramlaşdırma Kursu

Frontend proqramlaşdırma veb brouzerlərdə istifadəçi tərəfindən görünən - “Client side” elementlərin kodlaşdırılmasından ibarətdir. Daha dəqiq desək, bir çox fərqli brouzerlərdə və platformalarda veb saytın düzgün bir formada görünməsində və funskiyalarının işləməsində Frontend proqramlaşdırmanın rolu vacibdir.

Frontend kursu Niyə Bizdə?

ATL Akademiya informasiya və telekommunikasiya sahəsində fəaliyyət göstərən İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə xidmətlər təqdim edən ATL Tech şirkətinin nəzdində yaradılmışdır. Akademiya proqramlaşdırma kursunu müvəffəqiyyətlə tamamlayan məzunlarına təcrübə keçmək imkanı yaradan, biznes və tədris sahəsində peşəkar olan təlimçilərin çalışdığı və proqramlaşdırmanın müxtəlif sahələri üzrə əhatəli tədris proqramı ilə seçilən təhsil müəssisəsidir. Akademiyamızda Frontend kursları ən son proqramla tədris edilir.
6 ay
6 ay
68 dərs
68 dərs
Sertifikat
Sertifikat
Azərbaycan dili
Azərbaycan dili
Tədris Proqramı

Frontend veb proqramlaşdırma kursunun sonunda siz HTML, CSS, Javascript, Jquery, React.Js, Bootstrap, JSX, Ant Design texnologiyaları vasitəsilə müasir veb saytların interfeys hissəsinin necə yaradılması, vebsaytın istifadəçinin ekran ölçülərinə uyğunlaşdırılması və funksional saytların proqramlaşdırılması, animasiyaların yaradılması üzrə işlək bilik və bacarıqlara sahib olacaqsınız. Tədris proqramı 60 faiz praktiki məşğələ, 40 faiz nəzəri dərslərdən ibarətdir. Tədris müddətində 7 real layihədən ibarət peşəkar portfolio əldə edəcəksiniz.

1-ci ay

1-ci ay

  •   Introduction to Web Development
  •   HTML Essentials
  •   CSS Fundamentals
  •   Website Structure
2-ci ay

2-ci ay

  •   Fonts and Icons
  •   Responsive Design
  •   Mastering Flexbox
  •   Bootstrap Essentials
3-cü ay

3-cü ay

  •   JavaScript Basics
  •   Control Flow and Functions
  •   Data Structures
  •   Advanced JavaScript
4-cü ay

4-cü ay

  •   Asynchronous JavaScript
  •   Functional Programming
  •   Algorithms and Data Structures
  •   Introduction to React JS
5-ci ay

5-ci ay

  • React.js Basics
  •   React.js Advanced Techniques
  •   React Hooks and Router Hooks
  •   State Management with Redux
Final

Final

  • Final Project
  • Demo day and presentation

Hərtərəfli Dəstək

Karyera planlaması

ATL Akademiya, tələbələrə uyğun təhsil proqramının seçilməsindən başlayaraq, peşəkar bacarıqlara (vaxtın idarə edilməsi, düzgün kommunikasiya və s.) yiyələnmək və iş axtarışı kimi bir çox mövzularda fərdi konsultasiya, inkişaf təlimləri, sınaq texniki və davranış müsahibələri keçirməklə dəstək göstərir.

Mentor dəstəyi

ATL Akademiyada, həftəlik nəzəri dərs saatlarından əlavə olaraq, ATL Tech şirkətinin peşəkar proqramçılarından ibarət heyət tərəfindən həftəlik praktik məşğələlər keçirilir, tədris proqramı boyunca daim tələbələrin suallarını cavablayır və çətinlik yarandığı anda onlara köməklik göstərirlər.

İşə qəbul imkanı

Hər bir məzun olan şəxs və tədrisinin son aylarında olan tələbələrin CV və portfolioları ilk növbədə ATL Tech şirkətinin İnsan Resursları departamenti tərəfindən işə qəbul üçün dəyərləndirilir və digər müvafiq şirkətlərə yönləndirilir.

Təcrübə proqramı

Akademiya məzunları ATL Tech şirkətində təcrübə keçmək imkanı qazanırlar. Akademiya, öz məzunları ilə yanaşı, proqramlaşdırma sahəsində karyera qurmaq istəyən şəxsləri də texniki imtahan nəticəsində təcrübə proqramı ilə təmin edir.

Ən çox verilən suallar

Frontend developer kimdir?

Frontend kursu neçə aya tədris olunur?

Frontend proqramlaşdırma kursları hansı dildə tədris olunur?

Kursdan sonra təcrübə və işə qəbul olmaq üçün dəstək verilirmi?

Frontend kursundan sonra hansı texniki bacarıqlara sahiblənəcəyəm?

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.