Product Management proqramı məzunlarının yekun layihələrinin təqdimatı

28.12.2021

ATL Akademiyada Product Management (Məhsul Menecerliyi) proqramını tamamlamış tələbələrin yekun layihə tapşırıqlarının təqdimatı keçirildi. Tələbələrin layihələri onlayn satış, bank xidmətləri, xidmət satışı və s. istiqamətlər üzrə hazırlanmışdır.

Qiymətləndirmə məhsul menecerliyi sektorunda peşəkar olan jüri heyəti – Tuğba Ucar (Golden Pay şirkətinin Məhsullar və Marketing üzrə rəhbəri), Araz Cavadov (Walmart şirkətinin eCommerce qolunun baş məhsul meneceri), Anar Mustafa (ATL Tech şirkətinin Məhsulların İnkişafı departamentinin rəhbəri) tərəfindən aparılmışdır.

Müştəri və bazar araşdırması, məhsulun dizaynı, strategiya, keyfiyyət və kəmiyyət araşdırması meyarları üzrə ən yüksək (50 üzərindən 33 bal) qiymətləndirilmiş layihə "Pet Care" olmuşdur. 
"Pet Care" yeni heyvan sahibi olmuş şəxslərə asan, sürətli və rahat şəkildə kömək etmək üçün hazırlanmış platformadır.

ATL Akademiyada Məhsul Menecerliyi tədris proqramı barədə daha ətraflı məlumat almaq üçün linkə keçid edə və ya qeydiyyat formunu doldura bilərsiniz.

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.