SharEX #2 | Məhsul Menecerləri ilə görüşürük!
EXPERTECH Meetup platforması çərçivəsində təşkil olunan SharEX tədbirlər silsiləsi növbəti görüşünü təqdim edir!
Bu dəfə rəqəmsal məhsul menecerlərini sizlər üçün bir araya topladıq.
Belə ki, bu dəfəki görüşümüzdə B2B, B2C və startup məhsul meneceri olan qonaqlarımız hər seqmentin özəlliklərindən, bir ideanın məhsula çevrilməsi istiqamətində keçdiyi mərhələ və proseslərdən danışaraq təcrübələrini sizlərlə bölüşəcəklər. Və ən əsası auditoriyanı maraqlandıran suallar bu görüşdə öz cavabını tapacaq.