Product Management məzunlarının yekun layihə təqdimatı keçirildi

10.10.2021

ATL Akademiyanın Product Management (Məhsul Menecerliyi) üzrə təhsillərini uğurla tamamlayan tələbələrinin təqdimat günü keçirildi. 
Tələbələrin layihələri müştəri, bank xidmətləri, loyallıq və s. istiqamətlər üzrə fərdi və komanda şəklində hazırlanmışdır.

Qiymətləndirmə məhsul menecerliyi sektorunda peşəkar olan jüri heyəti – Murad Cəlilzadə (Simbrella şirkət / Senior Product Owner), Nurlan Kərimli (Paşa Bank / Product Owner), Anar Mustafa (ATL Tech / Məhsulların İnkişafı departamentinin rəhbəri) tərəfindən aparılmışdır.

Müştəri və bazar araşdırması, məhsulun dizaynı, strategiya, keyfiyyət və kəmiyyət araşdırması meyarları üzrə ən yüksək (50 üzərindən 38 bal) qiymətləndirilmiş layihə "Oppa.az" olmuşdur. 


"Oppa.az " ölkədaxili scooter-lərin kirayəsi üçün nəzərdə tutulmuş platformadır.

Məzunlar ATL Tech şirkətinin Məhsulların Dəstəyi Departamentidə təcrübə proqramında iştirak hüququ qazanmışdır.

ATL Akademiyada Məhsul Menecerliyi tədris proqramı barədə daha ətraflı məlumat almaq üçün linkə keçid edə və ya qeydiyyat formunu doldura bilərsiniz.

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.