Frontend proqramlaşdırma üzrə məzunların yekun layihə təqdimatı keçirildi

10.04.2021

ATL Akademiyanın Frontend Proqramlaşdırma üzrə təhsillərini uğurla tamamlayan tələbələrinin təqdimat günü keçirildi. Tələbələr fərdi şəklində verilmiş Figma layihələr üzərində 1 ay müddətində işləmiş və təqdimat zamanı yekun layihə və kodları nümayiş etdirdilər. Layihələrin tamamlanması üçün HTML, CSS, JavaScript React.js kimi texnologiyalardan istifadə olunmuşdur.

Qiymətləndirmə həm informasiya texnologiyaları, həm də biznes sahəsində peşəkar juri heyəti - Məhəmməd Sofiyev (ATL Tech / təminatları üzrə menecer), Kamal Zeynallı (ATL Tech şirkətində aparıcı proqramçı), Aslan Məmmədrzayev (Kapital Bankda Frontend proqramçı) tərəfindən aparılmışdır.

Layihələr tapşırıqların tamamlanması, dizayn, kod struktur, non-functional parameter (Heaviness, react way coding, redux overengineering) kimi meyarlar üzrə qiymətləndirilmişdi.

Nəticələrə əsasən, hər üç tələbə ATL Tech şirkətində 3 aylıq təcrübə proqramında iştirak hüququ qazanmışdır. Təcrübə proqramı ərzində ATL Tech şirkətinin real layihələri üzərində işləyərək iş təcrübəsi qazanacaqlar.

ATL Akademiyada Frontend Proqramlaşdırma tədris proqramı barədə daha ətraflı məlumat almaq üçün linkə keçid edə və ya qeydiyyat formunu doldura bilərsiniz.

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.