JavaScript bacarıqlarınızı artıra biləcəyiniz layihə ideyaları

Bütün veb, eləcə də mobil tətbiq proqramlaşdırmada geniş istifadə edilən dil JavaScript hesab edilir. JavaScriptin yaranma tarixi haqqında əvvəlki bloqumuzdan oxuya bilərsiniz.
HTML səhifəyə inteqrasiya olunaraq, bu səhifə ilə istifadəçi arasındakı interfeysə funksional imkanlar verən alqoritmik dildir. JavaScript ilə bacarıqlarınızı artırmaq, portfolionuzu genişləndirmək üçün aşağıda sadalanan layihələrdən birinə başlaya bilərsiniz.

Kalkulyator – sadə bir tətbiq kimi görünsə də, siz bu layihəni kodlaşdırmaqla HTML və CSS ilə birgə JavaScript-in də bir çox əsas funksiyonallıqlarını istifadə etmiş olacaqsınız.

  • DOM Manipulation
  • Control Structures
  • forEach()
  • JavaScript CSS Manipulation
  • eventListeners
  • Immediately Invoked Function Expressions

SoundCloud – bu platforma mahnı yükləməyə, bəyənməyə və paylaşmağa imkan verir.
SoundCloud-un klonlaşmış versiyasını yaratmaqla nə öyrənəcəksiniz?

  • Məlumatları (yəni, mahnıları) verilənlər bazasına yükləmək
  • Bir media player-in bütün əsaslarını tətbiq etmək – pause-play düymələrini idarə etmək, musiqini sürətli irəlilətmək, və s. (eventListeners, onClick kimi metodlar)
  • Mahnıları paylaşmaq, bəyənmək funskiyalarını tətbiq etmək (Twitter və ya Facebook API-ları)
  • Bir mahnının müddəti və hansı dəqiqədə olduğunu göstərən bir interfeys kodlaşdırmaq (jQuery kitabxanasından istifadə)

Jira – hal-hazırda bazarda ən müasir layihə idarəetmə sistemlərindən biridir. Bu platformanı öz layihəniz kimi kodlaşdırmaqla bir çox JavaScript funksiyonallığı tətbiq etmiş və aşağıdakı funsksiyonallıqların necə kodlaşdırıldı barədə məlumatlı olacaqsınız.

  • HTML Drag və Drop API
  • İstifadəçi rolları və icazələrini qurmaq (Authentication və authorization)
  • Fərqli istifadəçilər arasında tapşırıqların təyin edilməsi
  • Tapşırıqları tamamlanmış kimi qeyd etmək (databazada tapşırıq statusunun avtomatik dəyişilməsi)
  • Tapşırıqları silmək və ya redaktə etmək

Oyunları proqramlaşdırmaq yeni tətbiqlər öyrənmək üçün əyləncəli bir yol ola bilər. JavaScript brauzer əsaslı oyunlar yaratmaq üçün böyük imkanlar təqdim edir.

Şahmat oyunu – son zamanlar Queen's Gumbit serialından sonra daha da marağa səbəb olan şahmat oyununu kodlaşdırmağınız sizin portfolionuzda maraqlı görünəcək.

Bu prosessdə nə öyrənəcəksiniz?

  • 8x8 grid necə göstərilə bilər
  • Ən maraqlı hissə isə oyunun alqoritmasını qurmaqdı. Oyundakı fiqurların ənənəvi şahmat qaydalarına uyğun olması üçün əsas məntiqi tətbiq etməlisiniz.
  • HTML Drag və Drop API
  • Qalibiyyət, və məğlubiyyət zamanı balların hesablanması
  • Nəticələrin PostgreSQL və ya başqa bir verilənlər bazasında saxlanması

 

ATL Akademiyada Frontend proqramlaşdırma tədrisinin sonunda JavaScript ilə yanaşı React JS biliklərinə də sahib olacaqsınız.
Proqram barədə daha ətraflı məlumat almaq üçün linkə keçid edə bilərsiniz.

 

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.