proqramlaşdırma kitabı

Proqramçıların oxumalı olduqları ən yaxşı kitablar

Hamıya aydındır ki, texnologiya sahəsi davamlı öyrənməyi tələb edir. Öyrənməyi gücləndirən vasitələr - onlayn təlimlər, seminarlar, veb məqalələr, video dərslər olmasına baxmayaraq, mükəmməl öyrənmək üçün kitablardan daha yaxşı nə ola bilər?! Aşağıda hər bir proqramçının oxumalı olduğu kitab siyahısı ilə tanış ola bilərsiz.

1. Clean Code (Robert Cecil Martin, 2017) – proqramçıların əksəriyyəti sadəcə problemi həll etməyə çalışırlar. Bu səbəbdən təmiz və mükəmməl kod yazmaq lazım olduğunu unudurlar. "Clean Code" kitabı sizin təmiz və səliqəli kod yazmaqda əvəzsiz yardımçınız olacaq. 



2. Introduction to Algorithms (Thomas H. Cormen, Charles E. Leiserson, Ronald L. Rivest, Clifford Stein, 2010) – kitabın adı özünü izah edir, yəni Alqoritmlərə Giriş. "Introduction to Algorithms" kitabında müzakirə olunan alqoritmlər geniş şəkildə izah edilmişdir. Bu kitab bütün bacarıq səviyyəsindəki proqramçılar, hətta proqramlaşdırma üçün nisbətən yeni olanlar tərəfindən oxunur.

3. Code Complete: A Practical Handbook of Software Construction (Steve McConnell, 2004) – bu kitab yalnız proqramlaşdırma dillərinin sintaksisini öyrətməklə kifayətlənmir. Sizə kodun strukturunun bütün aspektlərini hərtərəfli izah edərək kömək edir. Əlavə olaraq, yaradıcı düşünməyinizdə, debugging prosessini sürətləndirməkdə, kodu yeniləməkdə (refactoring) və səhvləri (error) azaltmaqda yardımçınız olacaq.

 

4. Design Patterns: Elements of Reusable Object-Oriented Software (Erich Gamma, Richard Helm, Ralph Johnson, John Vlissides, Grady Booch, 1994) – Design Pattern dedikdə kodun yazılış tərzi, bir növ dizaynı nəzərdə tutulur. Kitabda qeyd olunan dizaynlar yazdığınız kodu daha effektiv etməklə yanaşı, anlaşıqlı olmasını da asanlaşdırır. Buna görə də, hər bir proqramçı bu kitabı öz kitabxanalarına əlavə etməyi məsləhət görülür.


5. Refactoring: Improving the Design of Existing Code (Martin Fowler, 2019)– bu kitab sizə refactoring (yenidənqurma və ya düzənləmə) anlayışının vacibliyini başa düşməkdə köməklik edəcək. Bundan əlavə, “Refactoring: Improving the Design of Existing Code” kitabının son nəşrində JS kodlarında refactoring nümayiş etdirən nümunələr qeyd olunmuşdur.

Proqramlaşdırma kursları 

 

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.