Bakı Mühəndislik Universiteti ilə əməkdaşlığımız
Bakı Mühəndislik Universiteti və ATL Akademiya arasında imzalanan əməkdaşlıq memorandumu ilə yeni bir başlanğıca imza atdıq.
Memorandumun tərəfləri olaraq ATL Akademiyanın İcraçı Direktoru Aydan Haşımova və Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev çıxış ediblər.
Görüşdə, tərəflər savadlı kadrlara daim ehtiyac olduğunu nəzərə alaraq bu əməkdaşlığın onların inkişafı üçün yararlı olacağını bildirib.
Bu əməkdaşlıq, Bakı Mühəndislik Universitetinin tələbə və professor-müəllim heyətinə təhsil sahəsində təcrübə mübadiləsinin aparılması üçün yeni imkanlar açacaq.
Biz bu yeni əməkdaşlığın qarşılıqlı faydalı olacağına inanır, daimi və uğurlu bir tərəfdaşlıq olacağını ümid edirik.