"A developer's journey in an Agile environment" təlimi

Tələbə və məzunlarımızın bilik və bacarıqlarını inkişaf etdirməsinə, dinamik əmək bazarında axtarılan kadr olaraq yetişməsinə qayğı ilə yanaşırıq. Ona görə də bu istiqamətdə təlimlərimizi davam etdiririk.

Agile metodologiyası, Scrum prinsipləri, Scrum komandasında proqramçının rolu, digər komanda üzvləri ilə münasibəti bu sahəyə yeni başlayan proqramçıların bilməli olduğu anlayışlardır.

Bunu nəzərə alaraq 27 sentyabr tarixində tələbə və məzunlarımız üçün "A developer's journey in an Agile environment" təlimi təşkil etdik.

Proqramçılardan Agile və Scrum haqqında müsahibədə soruşulan sualların cavabı qarşılıqlı müzakirə və fikir mübadiləsi ilə iştirakçılara çatdırıldı.

Təlimçimiz Aytac Müzəfərovaya ATL Akademiya ilə əməkdaşlığına görə dərin təşəkkürümüzü bildiririk! 🤗

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.