Frontend Proqramlaşdırma Məzun Günü

Frontend Proqramlaşdırma Məzun Günü

Hər zaman böyük maraq ilə qarşılanan "Demo Day"lərdən biri daha baş tutdu 🥳

ATL Akademiya olaraq Frontend Proqramlaşdırmanın 10-cu qrupunun təqdimat gününü keçirtdik. 🤩

Bu sahədə ekosistemin təcrübəli və aparıcı təhsil müəssisəsi olmaq bizə daha çox inkişaf etmək üçün motivasiya verir!🤩

Tələbələrimiz 6 ay davam edən tədris proqramında öyrəndiklərini öz layihələrində tətbiq etdilər. Frontend məzunları verilmiş çoxmodullu layihələr üzərində 1 ay müddətində işləyərək təqdimat zamanı demo versiya ilə birgə kodları nümayiş etdirdilər. HTML, CSS, JavaScript və React.js istifadəsi ilə qurulmuş məhsullar aşağıdakı meyarlara görə qiymətləndirildilər:

✅ Tapşırıqların tamamlanması
🖥️ Dizayn
👨🏻‍💻 Kod strukturu
📝 Non-fuctional parametrlər ( Heaviness, react way coding, redux overengineering)

Tələbələrimizin komanda və ya fərdi olaraq "Ay Yemək","Wood Mart" və "HR Payroll" layihələri təqdim etdilər👏

Qeyd edək ki, tələbələrimizdən biri ATL Akademiyada tədrisini tamamladıqdan sonra "Paşa Bank" şirkətində "Junior Frontend Developer" olaraq təcrübəyə başlayıb.👨🏻‍💻

Jürilərimiz Kamal Zeynallı və İlyas Ağakişiyevə layihələrin qiymətləndirilməsində iştirakları üçün minnətdarıq.

Qeydiyyat Formu