Frontend və Backend proqramlaşdırma nədir?
Siz hər gün Facebook və ya Google səhifələrinə URLi brauzerə daxil edib Enter düyməsini basmaqla daxil olursuz. Sayt dərhal yüklənir. İstifadəçilərin rahatlığını nəzərə alaraq dizayn edilmiş səhifələrdə sizə lazım olan funksiyonallıqdan çox rahatlıqla istifadə edirsiniz. Bəs heç maraqlanmısız ki, bu növ səhifələrin strukturu kim tərəfindən və necə qurulub?
Çox güman ki, veb saytların hazırlanması üçün gərəkli olan iki açar söz – frontend və backend haqqında az da olsa eşitmisiniz. Frontend və backend tez-tez ayrı-ayrılıqda danışılır, öyrədilir və iki fərqli sahə kimi görülür. Lakin əksər veb layihələrində bunlar bir-birinə bağlı anlayışlardır. Bu yazıda siz bu iki termin arasında olan əsas fərqlərlə tanış ola bilər və hansı istiqamətdə başlayacağınıza qərar verə bilərsiniz.
Frontend və Backend Proqramlaşdırma – fərqlər nədir?
Bir istifadəçi bir brauzerə bir veb sayt ünvanı daxil etdikdə (müştəri proqramı), serverə müvafiq bir sorğu göndərilir, sonra cavab olaraq ekranda bir neçə məzmun göstərilir. Bu, frontend və ya "müştəri tərəfi" (client – side) proqramlaşdırma adlanır.
Backend isə “server tərəfi” (server – side) proqramlaşdırma adlanır, serverdə və verilənlər bazası ilə birbaşa əlaqəli olur. İstifadəçilərin müştəri tərəfi, yəni frontend hissə ilə qarşılıqlı əlaqədə olan xüsusiyyətləri funksiyonallaşdırmaq üçün server və ya arxa tərəfdə işləyən anlayış kimi başa düşülür.
Frontend proqramçı nələri bilməlidir?
Frontend proqramçılar fərqli brauzerlərdə düzgün görünüş təmin etmək, kodu daha faydalı və vaxta qənaət edən bir formada yazmaq üçün cavabdehdilər. Əlavə olaraq, frontend proqramçı arxa planda server məlumatlarını yükləyərək səhifələrin dinamik yüklənməsinə və ya məlumatların dəyişməsinə imkan verən metod və kitabxana biliklərinə də sahib olmalıdır.
- HTML, CSS, JavaScript
- Bootstrap
- React və ya Angular JS
- jQuery kitabxanalar
- Ajax
Backend proqramçı nələri bilməlidir?
Backend mühəndisi kimi ən azı bir server tərəfli (server – side) proqramlaşdırma dilini bilməlidir. Bundan əlavə, müxtəlif DBMS (Database Management System) texnologiyaları, veb xidmətləri (web services) və ya API bilikləri barədə məlumat da backend proqramçının bilməsi vacib olan ehtiyaclardandır.
- Java və ya Python
- MySQL, MongoDB, Oracle, SQLServer, Redis
- REST və ya SOAP
Glassdoor'a görə ortalama əmək haqqı
Frontend: $ 70,000 USD. Bir saatlıq nisbət təxminən $50 / saat.
Backend: 117,000 USD. Bir saatlıq nisbət təxminən $65 / saat.
Əmək haqqı miqdarı təcrübələrinizə (kiçik, böyük və rəhbər vəzifələri) və ixtisaslarınıza əsasən kəskin şəkildə dəyişə bilər. İlk başlanğıc üçün UpWork saytlarında saatı təxmini 10 – 15 dollardan yuxarı olan hər hansı bir proyekt üzərində işləyərək pul qazana, həmçinin öz portfolionuzu genişləndirə bilərsiniz.