Product Management üzrə qonaq spiker sessiyası
ATL Akademiya tələbələri Product Management üzrə növbəti qonaq spiker sessiyasına qoşuldular. Seminarların məqsədi uğurlu PO olmaq üçün diqqət edilməli olan xüsusiyyətləri 15 ildən artıq təcrübəli spikerdən dinləmək və “best practice” öyrənmək idi. Pluss.az şirkəti ilə əməkdaşlıq çərçivəsində iştirakçılar şirkətin direktoru, rəqəmsal strategiya quruculuğu, agile transformasiya və məhsulların inkişafı sahələrində dərin təcrübəyə malik olan Səbinə Qurbanovanın təcrübəsindən faydalandılar.
Qeyd edək ki, Səbinə Qurbanova rəqəmsal strategiya quruculuğu, agile transformasiya və məhsulların inkişafı sahələrində uzun müddətli ttəcrübəyə sahibdir. Görüş zamanı öz məhsulları üzərində çalışan tələbələr spesifik suallarına cavab tapa bildilər.
Çox məzmunlu bir görüş üçün Səbinə Qurbanovaya və iştirak edən tələbələrimizə təşəkkür edirik!