Verilənlər strukturu – Massiv/Array

Daha öncəki bloqların birində də verilənlər strukturunun önəmini vurğulamışdıq. Verilənlər strukturu məlumatların saxlanma yollarıdır və bu prosessdə bir çox modellərdən istifadə edilir. İndi isə Massiv, yəni Array data strukturuna nəzər salaq.

Array ən çox istifadə edilən data strukturlarından biridir. Array, müəyyən edilmiş növ (int, double, float və.s) elementləri özündə saxlayan sabit ölçülü bir element topludur.

Array niyə istifadə edilir?

Proqramlaşdırma zamanı oxşar data tipli məlumatların saxlanması çox vaxt tələb olunur. Bu məlumatları saxlamaq üçün məlumat sayı qədər dəyişən təyin etməliyik. Lakin bu halda bütün dəyişənlərin adlarını xatırlamaq çox çətin olacaq. Bütün dəyişənləri fərqli bir adla adlandırmaq əvəzinə, Array təyin etmək və bütün elementləri həmin Array-də saxlamaq daha yaxşı üsuldur.

Hər hansı bir massivi necə yaratmaq olar?

int[] num; // massivi təyin etdik

Yuxarıda num adlı, int tipli bir massiv təyin etdik.

num = new int[10]; // massivi yaratdıq

Yuxarıda maksimum element sayı 10 olan int tipli massivi yaratdıq.

Birbaşa massivimizi yaratmaq üçün,

int[] num = new int[10];

Yuxarıdakı sətri izah edək:

int - massiv daxilində saxlanacaq elementlərin tipi

num - massivin adı

10 - massiv daxilində saxlanacaq elementlərin maksimum sayı

Daha yaxşı başa düşməyiniz üçün aşağıdakı nümunəyə nəzər salaq. Bu nümunədə, kodun nəticəsi, yəni outputun həftənin günləri olmasını istəyirik. Bu məsələnin kodlaşdırılmasına baxaq. Birində arraydən istifadə etmirik, digəri məlumatların saxlanılması üçün arraydən istifadəsini edirik.

Array istifadə etmədən:

Array istifadə edən zaman:

Aradakı fərqi asanlıqla görmək mümkündür.

Array data strukturunun əsas funksiyalarına da baxaq:

  • Traverse − bütün sıra elementlərini bir-bir çap edir.
  • Insertion − Verilmiş indeksə yeni bir element əlavə edir.
  • Deletion − Verilən indeksdəki elementi silir.
  • Search − Verilmiş indeksdən və ya dəyərdən istifadə edərək elementi axtarır.
  • Update− Verilən indeksdəki elementi yeniləyir.

 

Beləliklə, artıq siz Massiv/Array haqqında ilkin məlumatlara sahibsiniz. Praktiki tapşırıqlar üçün aşağıdakı linkdən faydalana bilərsiniz.

https://bit.ly/3tQSppQ

Əlavə olaraq, bu kimi data struktur anlayışları və alqoritmlər üzrə daha dərin biliklərə sahib olmaq üçün ATL Akademiyada Proqramlaşdırmanın Əsasları tədris proqramına müraciət edə bilərsiniz.

 

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.