
“8 Mart, 8 Qadın” layihəsində 2-ci mərhələ başa çatdı!
“8 Mart, 8 Qadın” layihəsində 2-ci mərhələ başa çatdı!
ATL Akademiyanın ATL Tech ilə birgə artıq üçüncü ildir həyata keçirdiyi “8 Mart, 8 Qadın” layihəsi bu il də texnologiya sahəsində qadınların gücünü ortaya qoymağa davam edir. İKT sahəsində təhsil almaq istəyən qadınlar üçün nəzərdə tutulan tam təqaüdlü proqramın ikinci mərhələsi – imtahan mərhələsi – uğurla tamamlandı.
Bu il layihəyə ümumilikdə 500-dən çox müraciət daxil olmuşdur. Onlardan 50%-i ilkin qiymətləndirmə mərhələsini uğurla tamamlayaraq ikinci mərhələdə - imtahan mərhələsində iştirak hüququ qazanmışdır. İkinci mərhələdə namizədlər 1 saatlıq yazılı imtahanda məntiq, informatika və ingilis dili üzrə biliklərini sınadılar. Müsabiqənin bu hissəsi layihənin əsas məqsədinə – texnologiya sahəsinə marağı olan, potensiallı qadınları seçməyə və onları növbəti mərhələyə yönləndirməyə xidmət etdi.
Üçüncü mərhələ başlayır – fərdi müsahibələr
İmtahan mərhəsində uğur qazanan namizədlər artıq 3-cü mərhələyə – fərdi müsahibələrə doğru yol alırlar. Bu mərhələdə onların dünyagörüşü, motivasiyası və texnologiyaya yanaşmaları dəyərləndiriləcək.
Bu proqram yalnız təqaüd imkanı deyil – bu, qadınların öz potensiallarını reallaşdırmaq, texnologiyada yer almaq və gələcəyin liderləri olmaq üçün bir fürsətdir.
Qısa xatırlatma: Təqaüd proqramı hansı ixtisasları əhatə edir?
Seçiləcək 8 qadın namizəd aşağıdakı istiqamətlərdən birini seçərək ATL Akademiyada tam təqaüdlü təhsil alacaq:
• Frontend Proqramlaşdırma
• Java Backend Proqramlaşdırma
• C# Backend Proqramlaşdırma
• iOS Mobil Proqramlaşdırma
• Android Mobil Proqramlaşdırma
• Product Management
• İT Biznes Analitika
• Technical Product Management
• Data Analitika
• Data Science and Machine Learning
İrəliyə doğru inamlı addımlar
Texnologiya sahəsində gender bərabərliyini təşviq edən bu təşəbbüs, eyni zamanda əmək bazarında qadınların rəqabət qabiliyyətini artırmaq və yeni qadın mütəxəssislərin formalaşmasına dəstək olmaq məqsədi daşıyır.
Layihədə iştirak edən bütün namizədlərə təşəkkür edir və 3-cü mərhələyə keçən iştirakçılara uğurlar arzulayırıq!