Məhsul Menecerləri üçün idarəetmə vasitələri və texnikaları
Məhsul menecerləri adətən "bir məhsulun CEO'su" sayılırlar. Uğurlu CEO-lar kimi, uğurlu məhsul menecerləri də bir çox sahəni əhatə edən müxtəlif vasitələrə və bacarıqlara ehtiyac duyurlar.
2021-ci ildə uğura nail olmaq üçün hansı alətlərin sizə kömək edə biləcəyini bu bloq vasitəsi ilə öyrənəcəksiniz.
Prototyping – Prototip hazırlanması
Bəzən, əlinizdə olan tək məhsul sadə bir ideyadır. İdeyanın gerçək bir məhsula çevrilə biləcəyini sübut etmək üçün çox çalışmalısınız. İstifadəçi dizaynının əhəmiyyətini nəzərə alaraq, bu populyarlıq mövcud UX/UI tətbiqlərin sayını artırdı. Lakin bəziləri istifadə baxımından o qədər də əlverişli hesab edilmir. Tövsiyə etdiyimiz platformalar ilə tanış olun:
Roadmapping – Yol xəritəsi
Hər layihənin bir yol xəritəsinə ehtiyacı var. Uzun müddət “Microsoft Excel hər şeyi edə bilər!” fikrinə inanıb bu yol xəritələrini yaratmaq üçün Excel, PowerPoint və ya Word istifadə edilib. Lakin indiki dövrdə roadmapping üçün daha uyğun vasitələr mövcuddur:
Bir çox məhsul menecerlərin təcrübəsinə görə, Roadmunk və Monday platformaları işlərin daha asanlaşdırılmasına əsaslanır. AHA da faydalı bir alət hesab edilir. ProductPlan daha sadə, az həcmlidir və veb əsaslıdır.
Prioritizing – Prioritetləşdirilmə
Hər bir məhsul meneceri müsbət və mənfi bir baxışa sahib olmalıdır. Yəni, işə yaramayan və vaxt itkisinə səbəb olan bir funksiyonallığı digərlərindən ayırmağı, prioritetləşdirməyi bilməlidirlər. Bu çox dəyərli bir bacarıqdır. Bununla siz vaxtınıza və pulunuza qənaət edəcəksiniz. Tövsiyə etdiyimiz prioritetləşdirmə platformalar ilə tanış olun:
Data Management – Məlumat idarəetmə
Məhsul meneceri məlumat, data olmadan heç bir uğura sahib deyildir. Onilliklər təcrübələrinizə əsaslansanız belə, dəqiq analitika olmadan heç bir uğur əldə etməyəcəksiniz. Datalar üçün nəzərdə tutulan alətlər adi bir cədvələ bənzəsə də, əslində genişlənərək tam hüquqlu bir məlumat bazasına çevrilə bilər.
User Research / Customer Feedback – İstifadəçi rəyi
Ən önəmlisi, müştərilərin rəylərini toplamaq, anlamaq və cavab vermək üçün də vasitələrə ehtiyacınız var. Zendesk ən populyarlar sihayısındadır, alternativlər arasında Freshdesk (marka fərdiləşdirmə ilə) və Userengage (CRM əlavə etmək) var. Instabug ilə istifadəçi rəylərini birbaşa məhsul və ya tətbiqinizin içərisindən topla bilərsiz. Müəyyən istifadəçi seqmentlərinə ünvanlı sorğular göndərib fikirlər əldə etmək imkanınız var. Email marketinqi üçün nəzərdə tutulan MailChimp və Customer.io kimi e-poçt vasitələri ilə müştərilərinizlə əlaqə qura bilərsiniz.
İstifadəçilərinizi dinləmək əsasdır. Əks təqdirdə məhsulunuzu inkişaf etdirə bilmiyəcəksiz.
- Zendesk
- Freshdesk
- Userengage
- SurveyMonkey
- Google Forms
- Survey Anyplace
- Typeform
- UXCam
- Instabug
- MailChimp
- Customer.io