Məhsul menecerliyinin gələcəyi
Gələcəyin məhsul meneceri bir çox cəhətdən günümüzün məhsul menecerindən fərqlənəcək. Bu səbəbdən, özünüzü gələcəkdə məhsul meneceri dəyişikliyin daha da sürətlənəcəyi bir mühitə öncədən hazır olmalıdır.
Nə dəyişir?
Onlayn iş mühiti – bu, 21-ci əsr üçün onsuz da güclü bir tendensiyadır və COVİD-19 virusu səbəbi ilə daha da üstünlük verilməkdədir. Onlayn işləmək bir çox təşkilat üçün uyğun hesab edilsə də, hal-hazırda Məhsul Menecerliyi haqqında bunu demək çətindir. Onların günü, demək olar ki, ofis daxili üzbəüz görüşlərdə keçir, çünki məhsul meneceri olmaq həm də insanlar – müştərilər ilə işləməyi (people-oriented) tələb edir. Lakin Big-4 şirkətlər sırasında olan məşhur Deloitte şirkəti tərəfindən keçirilən sorğu nəticəsinə əsasən, işçi qüvvəsinə daxil olan yeni nəslin 50%-indən çoxu uzaqdan işləməklə daha məhsuldardırlar və daha çevik imkanlara üstünlük verirlər. Burdan da aydın olur ki, gələcəkdə onlayn iş mühitində işləyən məhsul menecerlərinin sayı artacaqdır.
Gələcəyin bacarıqları
Məhsul menecerləri tez-tez “Jack of All Trades, Masters of None” olaraq tanınırlar. Onlar bir çox mövzu haqqında geniş bir anlayışa sahib olmalıdırlar. Gələcəkdə gözlənilən trendlərdən biri də menecerlərin məhsullarının UX / UI dizayn aspektinə daha çox maraq göstərmələri və dizayn komandası ilə daha sıx əlaqədə olmalarıdır. Google-da UX direktoru Abigail Hart Greyə görə, layihənin inkişafından əvvəl dizaynla məşğul olduqda biznesdə daha böyük uğurlar qazanırlar. Bundan başqa, bütün sənaye məhsullarına tətbiq edilə bilən Data Elmi və Sünii İntellekt mövzuları da tezliklə Məhsul Menecerlərinin bilməli olduğu texnologiyalar siyahısına daxil olacaq.
İş imkanları və orta əmək haqqı
Məhsul Menecerliyi sahəsi qlobaldır və bu müasir dövr üçün belə də davam edir. Deloitte şirkətinin 2020-ci ilin statistik məlumatlarına əsasən, məhsul menecerliyi qazanc potensialına və iş yerlərinin sayına görə siyahısında 4-cü yeri alır.
40,713 əmək haqqının təhlilinə əsasən, məhsul menecerliyinin dünya üzrə orta əmək haqqısı 110,916 ABŞ dollarıdır. Digər cəlbedici karyeralarla müqayisədə, bu sahə yüksək əmək haqqısı olan karyera hesab edilir.
Nəticədə, məhsul menecerliyi üçün gələcək parlaqdır. Bu sahədə olan və ya olmaq istəyənlər hər zaman yeniliklərlə tanış olmaq və öyrənmək uğrunda addımlar atmalıdırlar.