Polstep şirkəti ilə Beynəlxalq Əməkdaşlıq

05.03.2023

ATL Akademiyanın Karyera Mərkəzi tələbə və məzunlarının yerli əmək bazarı ilə yanaşı xarici bazarda da karyera qurmaq, iş tapmaq və fərqli imkanlardan yararlana bilməsi üçün daim axtarışdadır!🔍

Bu istiqamətdə daha səmərəli addımlar atmaq üçün yeni əməkdaşlığımızı sizinlə bölüşürük.🤩

🔸 IT sahəsində dinamik əmək bazarı olan Polşada fəaliyyət göstərən Polstep şirkəti ilə anlaşma memorandumu imzalanıb. Şirkət IT, biznes, investisiya sahələrində müxtəlif vasitəçilik və məsləhət xidmətləri göstərən konsaltinq şirkətidir. Memoranduma əsasən tərəflər qarşılıqlı surətdə bilik və təcrübə paylaşımı, gələcək layihələr üzrə əməkdaşlıq qurmaq qisimlərində razılıq əldə ediblər.🤝

🔸 Əməkdaşlığımızın əsas məqsədi ölkəmizin aparıcı IT tədris mərkəzlərindən biri olaraq burada təhsil alan və müvafiq sahədə peşəkar bilik və bacarıqlarını artıran tələbə və məzunlara bu sahədə əcnəbi şirkət və peşəkarlar tərəfindən müxtəlif mövzuda təlimlərin və mövzuların tədris edilməsinə nail olmaqdır. Həmçinin onların Avropanın aparıcı şirkətlərində təcrübə keçmək və karyera qurmaq imkanlarının əldə edilməsinə şərait yaratmaqdıq.👨‍🎓👩‍🎓

🔸 Qeyd edək ki, Polstep Azərbaycan, Gürcüstan və Orta Asiyada fəaliyyət göstərən iş adamları və biznes dünyasını xüsusilə, Polşa və Avropadakı investisiya imkanları haqqında məlumatlandırmaq, maraqlı tərəflərin biznes əlaqələrini inkişaf etdirmək, bununla da ölkəmizin iqtisadiyyatına və biznes mühitinə real təsir göstərə biləcək əməkdaşlıqlara töhfə vermək məqsədilə müəyyən layihələr üzərində çalışır.

ATL Akademiya ilə gələcəyini dəyiş! 😊

📩 office@atlacademy.az
📞+99412 210 22 11 (zəng)
✅ +994 51 277 22 11 (WP)

#atlacademy #atl #partnership #emekdaslıq

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.