
Data analitikasına giriş: Excel-dən interaktiv qrafikə
Data analitika nədir?
Sual: Data analitika nədir?
Qısa cavab: Data analitika məlumatları toplayıb təhlil etmə və nəticələr çıxarma prosesidir – məqsəd daha düzgün qərarlar qəbul etməkdir.
Sıfırdan başlamaq üçün nələr lazımdır?
Data analitikası deyəndə çoxları elə bilir ki, bunun üçün mütləq riyaziyyat üzrə ali təhsil və ya kodlaşdırma biliyi vacibdir. Halbuki, başlanğıc üçün əsas lazım olan — analitik düşüncə və Excel kimi sadə vasitələrdir.
Əvvəlcə sadə düşün:
-
Məqsədin nədir? Məsələn: hansı məhsul daha çox satılıb?
-
Məlumatın varmı? Excel faylı, anket nəticələri və ya onlayn sorğular ola bilər.
-
Nəticəni kim üçün təqdim edirsən? Rəhbər üçün sadə qrafik daha dəyərlidir.
Gündəlik alətlərlə başla
Excel – Analitikanın giriş qapısı
Excel data analitikasına başlamaq üçün ən əlçatan platformadır.
İlk olaraq öyrənməli olduğun funksiyalar:
-
SUM()
,AVERAGE()
,IF()
,COUNTIF()
-
Data sort və filter
-
Pivot Table – məlumatların qruplaşdırılması və özet çıxarılması
-
Sütun və xətti qrafiklərlə vizual izah
Power BI ilə tanışlıq
Excel səviyyəsini keçəndən sonra Power BI ilə interaktiv dashboard-lar yarada bilərsən.
Burada:
-
Daxili data model qurursan
-
Fərqli mənbələri birləşdirirsən
-
Real vaxtda dəyişən vizuallarla izləmə imkanı yaradır
İlk praktiki addımlar
1. Məlumat topla
İstər Excel faylı, istər Google Sheets – satış, iştirak, anket və s. ilə başla.
2. Məlumatı təmizlə
Boş xanaları sil, adları standartlaşdır, səhv yazımları düzəlt.
3. Qrafik qur
Sadə bar chart və pie chart ilə hansı məhsulun daha çox satıldığını göstər.
4. Nəticə çıxar
Ən çox satılan məhsul? Satışların eniş-dalğalanması? Səbəb nədir?
Hansı bacarıqlar tələb olunur?
-
Excel (orta səviyyə): Formullar və Pivot Table ilə işləmə
-
Analitik düşüncə: Səbəb-nəticə əlaqəsi qurmaq
-
Vizual təqdimat: Qrafiklərlə informasiyanı izah etmək
-
Problemin mahiyyətini anlamaq: Sadəcə data baxmaqla yox, onu anlamalı
İş imkanları: harada istifadə olunur?
Data analitikasını öyrəndikdən sonra bu bacarıqları bir çox sektorda istifadə edə bilərsən:
Marketinqdə
-
Müştəri davranışlarının təhlili
-
Rəqəmsal reklam nəticələrinin ölçülməsi
Satışda
-
Aylıq satış göstəricilərinin izlənməsi
-
Region və məhsul üzrə gəlir təhlili
İnsan resurslarında
-
İşçi dövriyyəsinin analizi
-
Əmək haqqı və məhsuldarlıq göstəriciləri
Tibb və təhsil sahəsində
-
Pasiyent məmnuniyyəti sorğularının təhlili
-
Tələbə performans dinamikası
Ən çox tələb olunan vəzifələr:
-
Data Analyst
-
Business Intelligence Specialist
-
Reporting Analyst
-
Junior Data Specialist
Başlanğıc maaşlar (Azərbaycanda):
₼800–₼1500 arası, təcrübə və sektora görə dəyişir.
Tez-tez verilən sual
Sual: Kod bilmədən data analitikasına başlamaq mümkündürmü?
Qısa cavab: Bəli. Excel və Power BI kimi vizual alətlər ilə kod bilmədən də data analitikası öyrənə bilərsən. Daha sonra SQL və Python öyrənmək sənin üstünlüyün olacaq.
Nəticə
Data analitikası bugünkü dünyada hər sahənin ehtiyacı olan bacarıqdır. Başlamaq üçün yüksək texniki biliklərə ehtiyac yoxdur. Excel və Power BI ilə öyrəndiklərini real dünyada tətbiq etdikcə bu sahədə həm özünü inkişaf etdirə, həm də yaxşı gəlirli iş imkanlarına sahib ola bilərsən.
ATL Academy ilə data analitikasını öyrən
Data analitikası sənin də maraq dairəndədirsə, ATL Academy-nin “Data Analitika” proqramı ilə tanış ol. Burada Excel-dən Power BI-ya qədər praktiki dərslər, real şirkət məlumatları üzərində analiz və peşəkar təlimçilərlə öyrənmək imkanı var. İndi başla – gələcəyin datadadır!