Proqramlasdirma Alqoritmlərin tətbiqi

Alqoritmləri Tətbiq etmək üçün top 3 veb sayt

Alqoritmləri tam dəqiqliklə başa düşmək proqramçı olmaq istəyənlər üçün çox vacib və birinci sırada olan nüansdır. Onlar haqqında heç bir şey bilmədən və ya orta biliklərə sahib olaraq siz Google və ya Facebook kimi digər böyük şirkətlər müsahibələr verə bilmərsiz! Buna görə də indidən alqoritmləri nəzəri və praktiki öyrənməyiniz üçün aşağıda sadalanan platformalardan qeydiyyatdan keçə və gündəlik olaraq orada yerləşdirilən alqoritmik məsələləri həll edə bilərsiniz.

1. HackerRank – proqramlaşdırma dünyasında böyük və kiçik proqramçıların, eləcə də işəgötürən menecerlərin istifadə etdiyi çox məşhur bir platformadır.

Hackerrank, yüksək, orta və aşağı çətinlik səviyyəsində olan, müxtəlif növ data strukturuna sahib olan bir çox alqoritmik məsələlərdən ibarətdir. Kod yazacaqsınız, birbaşa compile edib nəticələri görəcəksinizş Əlavə olaraq, insanların platformada yerləşdirilən məsələri necə həll etdiyini görmək üçün müzakirə hissəsini yoxlaya bilərsiniz. Müsahibələr zamanı tez - tez soruşulan alqoritmik sualların bəziləri də məhz bu platforma üzərindən seçilir. 

 

2. Geekforgeeks – hər hansısa bir alqoritmi həll etməkdə çətinlik çəkirsizsə, onu Google-da axtarırsız. Nəticədə, bu səhifəni bir neçə dəfə görəcəksiniz. Geekforgeeks platformasında ümumi alqoritm məsələlərinə bir çox həll yolları yerləşdirilib. Müsahibələrdən öncə də buradakı bir çox praktiki məsələləri həll etməyiniz məsləhət görülür. Demək olar ki, bütün məşhur alqoritmlərin müxtəlif mürəkkəblikdə həll nümunələrini bu veb saytda görə bilərsiniz. Bunların hamısını oxumaq çox maraqlı və faydalıdır!

 

3. E-olymp – bir-biri ilə birbaşa rəqabət edə bilən proqramçılar üçün onlayn “arenalardan” biridir. Bu platforma sizə kod redaktoru ilə onlayn olaraq compile edə biləcəyiniz alqoritmik problemlərin siyahısını təqdim edir. Birbaşa bilik səviyyənizə uyğun məsələlər sihayısını seçərək də kodlaşdırmaya başlaya bilərsiniz. Ayda bir neçə dəfə müəyyən vaxtlarda yarışlar keçirilir və burada proqramçılar ən yüksək bal toplayaraq çətinlikləri ən sürətli həll etmək üçün bir-birləri ilə yarışırlar.

Qeyd olunan hər bir platformada alqoritmik problemləri sizə uyğun olan proqramlaşdırma dillərindən birində yazaraq həll edirlər və həllər avtomatik test sisteminə göndərilir. Avtomatik sistem yazdığınız kodu bir neçə verilən (input) üzərindən yoxlayaraq həllini təsdiqləyir və sizin profilə bir nəticə (score) verilir. Nəticədə, bu veb saytlardan istifadə edərək siz inkişaf mərhələnizi asanlıqla izləyə bilərsiniz.

Backend kursları

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.