ATL məzun və tələbələri ilə görüşümüz

27.10.2021
Məzun və tələbələrimizlə Lütfizadə Texnologiyalar Mərkəzində "ATL Alumni meetup" görüşümüzü keçirdik!
 
Görüşdə nələrdən danışdıq?
Joopzy şirkətinin təsisçisi və direktoru Cəfər Nəcəfov ilə “Startup və sahibkarlıq təcrübəsi”, ATL Tech şirkətinin Texnologiyalar üzrə direktoru Vurğun Hacıyev ilə "Pandemiyadan sonra Silikon Vadisi", Cisco şirkətində proqram təminatı mühəndisi həmçinin Goup.az platformasının həmtəsisçisi Rövşən Musayev ilə Avropada karyera imkanları haqqında danışdıq.
Görüşün ikinci hissəsində isə Amazon şirkətində Biznes analitik Yaşar Əhmədov ilə “Global şirkətlərdə iş mühiti” və Paşa Bankda baş Uİ/UX dizayner Fuad Aslan ilə “UI/UX dizaynerlik və Agile komandada iş prosesləri” barədə müzakirələr apardıq.
 
ATL Akademiyanın məqsədi informasiya texnologiyaları sahəsində peşəkarlar yetişdirməkdir. Tədris olunan proqramlar, təcrübə imkanı, peşəkarlarla görüşlər isə tələbələri dar çərçivədə iş tapmağa deyil, qlobal şirkətlərdə karyera qurmaq, beynəlxalq sertifikatları qazanmaq, müasir iş mühitinin tələblərinə uyğunlaşmaq üçün hazırlayır. Məhz bu səbəbdən aktual olan mövzularda tələbələrlə bir çox görüşlərimiz keçiriləcək.

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.