Yeni başlayan Java proqramçının yol xəritəsi

Özünüzü peşəkar Backend proqramçı olaraq görmək istəyir və "Nədən başlayım?" deyə düşünürsüzsə, bu bloq postu sona kimi oxumağınızda fayda var.

1) Proqramlaşdırma dili seçin.

Hal hazırda çoxlu sayda yerli və xarici şirkətlərin üstünlük verdiyi dil Java hesab edilir. Buna gündəlik vakansiya elanlarına nəzər yetirərək əmin ola bilərsiniz. Bəs niyə bir çox şirkətlər Java - ya üstünlük verir?

Java obyekt yönlü proqramlaşdırma dilidir, əməliyyat sistemindən asılı deyil, çoxlu zəngin open source (açıq qaynaqlı) kitabxana və komponentlərə malikdir. Əlavə olaraq, tədris materialları və iş imkanları da kifayət qədər çoxdur. İndiki dövrdə Java texnologiyaları bəzi Java API-lər istifadə edən 1 milyarddan çox sistemdə işləyir. Məhz bu qədər istifadə Java developerlərə tələbatı da artırır. Belə ki, Java həm bugünün, həm də gələcəyin ixtisası hesab edilir.

 

2) Ən azı bir framework öyrənin.

Spring, Java üçün hazırlanmış açıq mənbəli bir framework - dir. JavaEE tətbiqetmələrini inkişaf etdirməyi asanlaşdırır. Struts, Hibernate, Goblen, EJB, JSF kimi çərçivələrin istifadəsini dəstəkləyir. Aşağıdakı sihayıda Spring framework istifadəsinin üstünlükləri qeyd edilib.

 


- Proqram POJO strukturu istifadə edilə bilər. POJO istifadə etmənin faydası, bir tətbiq serverinə ehtiyac olmadan yüklənməsinin asandır.
- Spring MVC ilə veb əsaslı proqramlar yaratmaq mümkündür.
- Spring framework, konfiqurasiya sənədlərində edilən düzəlişlərlə avtomatik olaraq Singleton obyektlərini yarada bilir.
- XML konfiqurasiyalarını dəstəkləyir.
- Spring framework ilə hazırlanan tətbiqetmələrin test edilməsi (Testing) daha asandır.
- AOP inteqrasiyasını dəstəkləyir.
- Modul bir quruluşa malikdir. Layihənin tələblərinə uyğun olaraq müəyyən Spring modullarından istifadə edilə bilər.

Rəsmi dokumentasiya səhifəsi - https://docs.spring.io/spring-framework/docs/current/reference/html/

 

3) Version Control System - Git öyrənin.

Yəqin ki, Git haqqında da çox eşitmisiz. Yazdığımız proqram təminatlarının source kodunu kompüterimizdə və ya hansısa local storage – da deyil, internet üzərində saxlamağımızı və idarə etməyimizi təmin edən bir versiya nəzarət sistemidir. Scott Chacon və Ben Straub tərəfindən yazılmış "Pro Git" kitabı Git haqqında geniş məlumatları əhatə edir. Bu kitabın sizin Git öyrənməyinizdə faydalı olacağını düşünərək, PDF versiyasını link vasitəsi ilə sizinlə paylaşırıq. Aşağıdakı linkə keçid edərək kitabdan ödənişsiz şəkildə yararlana bilərsiniz.

https://git-scm.com/book/az/v2

 

4) Yazdığınız kodlara SOLID prinsipləri tətbiq edin. 

Proqram təminatı prosesində rast gəlinən, daha yaxşı software arxitekturası qurmaq üçün zəruri olan prinsiplər toplusudur.

  • Single Responsibility Principle - Tək məsuliyyət prinsipi
  • Open closed Principle - Açıq qapalı prinsip
  • Liskov substitution Principle - Liskovun əvəzetmə prinsipi
  • İnterface segregation principle - İnterfeys ayrılma prinsipi
  • Dependency inversion principle - Asılılığın çevrilməsi prinsipi

SOLID prinsiplər haqqında bu link vasitəsi ilə daha ətraflı məlumat ala bilərsiniz.

 

5) Design patterns öyrənin və tətbiq edin.

Bütün design patternlər yuxarıda sadalanan prinsiplərə sadiq qalaraq standartlaşdırılmışdır. Kodun rahat başa düşmək, sonradan lazım olan dəyişikləri rahat şəkildə edə bilmək, kodların təkrarlanmasının qarşısını almaq, kodların bir çox yerdə istifadə oluna bilməsini təmin etmək və s üçündür. Backend proqramçı kimi Senior səviyyəyə gəlmək üçün bu pattern - lərin məntiqini yaxşı başa düşüb yazdığınız kodlara tətbiq etməyiniz zəruri hesab edilir. 

Bu istiqamətdə faydalı olacaq resurslar:

https://refactoring.guru/design-patterns (həm nəzəri, həm də praktiki biliklərlə zəngin olan bir link!)

- https://www.baeldung.com/spring-framework-design-patterns

- https://refactoring.guru/design-patterns/book

 

6) Ən azı bir beynəlxalq sertifikat əldə edin.

Sertifikatlar bir insanın konkret sahə və texnologiya üzrə bilik və bacarıqlarının rəsmi göstəricisidir. Junior səviyyədə Oracle şirkətinin "Java SE 8 Programmer I Exam Number: 1Z0-808" imtahanından keçə bilərsiz. Bu, sizin karyera başlanğıcınız, rəqiblərinizdən üstünlüyünüz və özünüzə artan əminliyiniz olacaq!

 

7) Öyrəndiklərinizi tətbiq edin.

Hər bir uğurun sirri praktiki təcrübədən irəli gəlir. Əgər iş tapmaqda çətinlik çəkirsizsə, müxtəlif proqramlaşdırma yarışlarında iştirak edin və ya öz startup ideyanızı formalaşdırın və onu inkişaf etdirməyə çalışın. Həmçinin, bir çox yerli şirkətlərin təklif etdiyi təcrübə proqramlarına müraciət edin. ATL Tech şirkəti barədə araşdıra və təcrübə proqramına müraciət edə bilərsiniz. “Təcrübə Proqramı”nın təşkil olunmasında məqsəd yeni mütəxəssislərin formalaşmasına kömək etmək və onların nəzəri biliklərinin iş fəaliyyətində tətbiqinə şərait yaratmaqdır. Beləliklə, öz portfolionuzu genişləndirə və praktiki təcrübənizi artıra bilərsiniz.

 

Son olaraq, yuxarıda qeyd edilmiş əsas nüanslardan əlavə, sizə Backend proqramçı üçün yol xəritəsini daha geniş və vizual şəkildə görə biləcəyiniz bir şəkil yerləşdirdik. (Mənbə - https://github.com/kamranahmedse)

 

Uğurlar!

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.