AWS mühəndisinin sertifikatı

AWS dünyanın ən sürətli böyüyən bulud xidmətlərinin ümumi adıdır. Hər bir biznesin əsas faktoru talant olduğu kimi, bu sahədəd də mühəndsə ehtiyyac var. Mühəndis olmaq üçün hansı sertifikatlara sahib olamalıyıq sualının araşdırmasına baxaq. AWS təlim və Sertifikatı mühəndisin cloud texnologiyasında bacarıqlarını təsdiqləməyə kömək edir. AWS sertifikatlaşdırması, şirkətlərə (bütün sektorlara) AWS istifadə edərək innovativ qərarların və rəqəmsal transformasiyanı daha tez və sürətlə baş verməsini, inkişaf etdirməyə kömək etmək üçün mütəxəssislər hazırlamağa kömək edir. Sertifikatların hansı mərhələləri var şəkil 1. -ə diqqətlə baxaq. Əsas olaraq 3 mərhələdən ibarət olan bir mərhələdir. Cisco oxuyan mühəndislər çox rahatlıqla bu şəkilə baxıb, CCNA- CCNP- CCIE mərhələlərini xatırlayarlar. Demək olar ki, bütün vendorların sertifikat prinsipləri eynidir.

  • AWS Certified SysOps Administrator Bu sertifikatın məqsədi; AWS üzərində qurulmuş bir tətbiqin və ya işləyən sistemin yeni versiyalarının idarə edilməsindən və deploy prosesindən cavabdehdir.
  • AWS Certified Developer — Associate Bu sertifikatın məqsədi; proqram tərtibatçısı rolunda işləyən və AWS əsaslı bir tətbiqin hazırlanması və saxlanılması üzrə ən azı bir illik praktik təcrübəyə sahib olanlar üçündür.
  1. Mütləq video dərsliklərə baxın. Udmey -də olduqca çox videolar var. Əgər Udemy-dən bir neçə video dəsr alacaqsınızsa Sizə bir başa acloud.guru linkindən istifadə etməyi tövsiyyə edirəm, bu sahədə ən yaxşılardan biridir.
  2. Free AWS console istifadə edin. 1illik pulsuzudur. Labları etmək mütləqdir. Əliniz isnişsin.
  3. Çox material axtarmağa ehtiyac yoxdur. Bu link bəs edir sizə. AWS Certified Solution-Arc Administrator Official Study Guide Associate Exam kitabını oxumağı tövsiyyə etmirəm. AWS çoxsayda yeniliklər gətirib kitab hələ update olmayıb.
  4. Hər hansı bir sulaınız olarsa https://www.linkedin.com/in/vurgun/ yaza bilərsiniz.

 

Müəllif: Vurğun Hacıyev

ATL Tech / Texnologiyalar üzrə direktor

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.