Tam Təqaüdlü Təhsil Proqramı

8 Mart, 8 Qadın Təqaüd Proqramı

08.03.2025

İKT sahəsində qadınların təmsilçiliyini artırmaq üçün tam ödənişsiz təhsil imkanı

ATL Akademiya, ATL Tech ilə birgə təşkil etdiyi və artıq üçüncü ildir ki, uğurla davam edən "8 Mart, 8 Qadın" layihəsini 2025-ci ildə də həyata keçirir. Bu proqram çərçivəsində informasiya texnologiyaları sahəsində karyera qurmaq istəyən 8 qadın namizəd ATL Akademiyada tam təqaüdlü təhsil almaq imkanı qazanacaq.

Təqaüd Proqramının Məqsədi

"8 Mart, 8 Qadın" təşəbbüsü, Beynəlxalq Qadınlar Günündə xanımlara öz gələcəklərini dəyişmək üçün əvəzsiz bir fürsət təqdim edir. Proqramın əsas məqsədi:

  • İKT sahəsində qadınların təmsilçiliyini artırmaq
  • Peşəkar qadın mütəxəssislərin yetişdirilməsinə töhfə vermək
  • Əmək bazarında qadınların rəqabət qabiliyyətini yüksəltmək
  • Texnologiya sahəsində gender bərabərliyini təşviq etmək

Təqaüd Proqramının Əhatə Dairəsi

ATL Akademiyanın təqdim etdiyi təqaüd proqramı aşağıdakı ixtisasları əhatə edir:

  • Frontend Proqramlaşdırma
  • Java Backend Proqramlaşdırma
  • C# Backend Proqramlaşdırma
  • iOS Mobil Proqramlaşdırma
  • Android Mobil Proqramlaşdırma
  • Product Management
  • İT Biznes Analitika
  • Technical Product Management
  • Data Analitika
  • Data Science and Machine Learning

Qaliblər öz maraq və bacarıqlarına uyğun olaraq bu ixtisaslardan birini seçmək imkanına malik olacaqlar.

Seçim Prosesi

Təqaüd proqramına seçim prosesi 3 mərhələdən ibarətdir:

  1. Qeydiyyat Mərhələsi
  • Namizədlər rəsmi qeydiyyat formasını doldurmalıdırlar
  • İlkin məlumatların təhlilindən sonra uyğun namizədlər növbəti mərhələyə dəvət olunacaqlar
  • Qeydiyyat üçün son tarix: 7 aprel 2025
  1. İmtahan Mərhələsi
  • 30 sualdan ibarət kompleks imtahan (10 Məntiq, 10 İnformatika, 10 İngilis dili)
  • İmtahan müddəti: 1 saat
  • İmtahan tarixi və məkanı haqqında məlumat növbəti mərhələyə keçən namizədlərə şəxsən bildiriləcək
  1. Müsahibə Mərhələsi
  • İmtahan mərhələsini uğurla keçən namizədlər fərdi müsahibəyə dəvət olunacaqlar
  • Müsahibə zamanı namizədlərin dünyagörüşü, texnologiya sahəsinə marağı və motivasiyası qiymətləndiriləcək

Təqaüd Haqqında

Qazanılan təqaüd 2025-ci ilin sonunadək keçərli olacaq və tədris proqramının bütün xərclərini tam şəkildə əhatə edəcək. Təqaüdçülər ATL Akademiyanın peşəkar müəllim heyətindən dərs alacaq, praktiki layihələrdə iştirak edəcək və İKT sahəsində karyeralarını inkişaf etdirmək üçün lazımi bilik və bacarıqlara yiyələnəcəklər.

Qeydiyyat linki: https://forms.gle/FKN9FuYoSEiPjukC9

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.