Məhsul menecerlərinin proqram təminatı haqqında bilməli olduğu 3 mövzu
Bir məhsul meneceri olaraq, siz, kompüter elmi və proqramlaşdırma ilə əlaqəli mövzular öyrənmək şansınızın mümkünsüz olduğunu düşünə bilərsiniz. Amma, proqram arxitekturasının əsaslarını öyrənmək layihələrin inkişafının nə qədər davam edəcəyini, nəyin mümkün olduğunu və mühəndis komandanızın nə etdiklərini başa düşməyiniz üçün çox yaxşı vasitədir. Məhsul meneceri olaraq bilməli olduğunuz mövzularla bloqu oxumağa davam edərək tanış ola bilərsiniz.
İnternet necə işləyir
Böyük bir mövzu kimi görünə bilər, ancaq əsasları anlamaq olduqca sadədir.
Server - çox təməl dildə desək, bir server hər zaman sizin üçün bir yerdə işləyən və xidmət edən bir kompüterdir (məsələn, veb tətbiqinizin backend hissəsi).
Client - Bu kontekstdən asılıdır, lakin çox vaxt client sizin (və ya istifadəçinizdən birinin) kompüteri və ya telefonudur.
Client / Server ünsiyyəti - bu, çox sayda texniki mövzunu əhatə edən geniş bir kateqoriyadır, lakin hamısı eyni məqsəd daşıyır: müştərilər (istifadəçinizin kompüteri) və serverlər (arxa planınız) arasında ünsiyyəti təmin etmək. Bu kateqoriyaya aid eşitdiyiniz bir çox şeydən bəziləri: DNS, HTTP, TCP / IP, API çağrısı və s.
Veb Tətbiqlərinin əsasları
Ən müasir veb və mobil tətbiqetmələrin necə işlədiyinə aid tanış olmanız lazım olan ilkin mövzuların siyahısı:
Frontend - hər bir istifadəçinin brauzerində (client) işləyən kod və istifadəçilərinizin qarşılıqlı əlaqədə olduğu interfeys deməkdir.
Backend - şirkətin nəzarət etdiyi serverlərdə işləyən kodlara aiddir və işin əsas məntiqinin olduğu yerdir.
Verilənlər bazası, Database - tətbiqinizin bütün məlumatlarını saxlayan, komandanızın nəzarət etdiyi serverdə işləyən bir texnologiyadır.
SQL sorğuları - backend hissənin məlumatlarını saxlamaq və ya əldə etmək üçün verilənlər bazası ilə qarşılıqlı əlaqədə olmasıdır. Analitik hesabatlar üçün öz məlumatlarınızı analiz etmək üçün SQL əsaslarını öyrənmək faydalı ola bilər.
Açıq Mənbə Kitabxanaları
Açıq mənbə kitabxanaları, bir növ proqramçının digərlərinin də istifadə etməsi üçün təklif etdiyi kodun kiçik hissələridir. Demək olar ki, bütün müasir veb tətbiqlər çox sayda açıq mənbə kodundan istifadə edirlər. Məhsul menecerliyi baxımından, qərar verə biləcəyiniz açıq mənbə proqram təminatının əsas kateqoriyası UI elementləridir, çünki proqramın arxa tərəfində (backend) istifadə olunan kitabxanalar istifadəçilər üçün heç bir fərq etmir.
İnkişaf etdirmək istədiyiniz tətbiqləri istifadəçi interfeysini tətbiq edərək daha sürətli edə bilərsiz. Erkən mərhələdə olsanız və mümkün qədər sürətli bir funksional MVP əldə etməlisinizsə, Google Material UI framework-undan istifadə etməyiniz məsləhət görülür. Daha sonrakı mərhələlərdə isə unikallıq əldə etmək üçün öz dizayn sisteminiz üzərində işləmək məsləhət görülür (baxmayaraq ki, əsas kod hələ də açıq mənbəli kitabxanalara əsaslanır).