C# Backend Proqramlaşdırma Kursu

Backend proqramlaşdırmanı öyrənmək daha üstün bacarıqlara və bununla da yüksək gəlirli peşəkar olmağa imkan verir. Veb proqramların hansı məntiqlə və necə işləməsi, məlumatların saxlanılması və istifadə edilməsi backend proqramlaşdırma zamanı baş verir. Verilənlər bazasının təhlükəsizliyi, məzmun idarəetməsi və veb quruluşu kimi işlərin idarəsi də backend proqramlaşdırma zamanı edilir. Microsoft tərəfindən yaradılmış, tətbiqi sürətlə genişlənən, SpaceX, MasterCard, Slack kimi qlobal şirkətlərin istifadə etdiyi ASP.NET öyrənməklə yüksək gəlirli, ölkəyə bağlı olmayan, uğurlu karyeranın təməlini qoymuş olursunuz.

Niyə Biz?

ATL Akademiya informasiya və telekommunikasiya sahəsində fəaliyyət göstərən İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə xidmətlər təqdim edən ATL Tech şirkətinin nəzdində yaradılmışdır. Akademiya proqramlaşdırma kursunu müvəffəqiyyətlə tamamlayan məzunlarına təcrübə keçmək imkanı yaradan, biznes və tədris sahəsində peşəkar olan təlimçilərin çalışdığı və proqramlaşdırmanın müxtəlif sahələri üzrə əhatəli tədris proqramı ilə seçilən təhsil müəssisəsidir.

Azərbaycan dili
Azərbaycan dili
Sertifikat
Sertifikat
8 ay
8 ay
172 dərs
172 dərs
Aylıq 350 AZN
Aylıq 350 AZN
Tədris Proqramı

Kursun Proqramı

C# dilinin sıfırdan öyrənilməsi ilə başlayan kursun sonunda REST API-lar yazmağı və testing prosesini, Docker ilə işləməyi, ASP.NET framework-ü ilə dinamik veb tətbiqlər yaratmağı öyrənəcəksiniz. .NET framework-ü öyrənməklə siz desktop, veb, bulud, mobil, oyun, əşyaların interneti (IoT) və s. platformalar üçün proqram təminatı qura bilərsiniz. Həmçinin Xamarin və Unity istifadə etməklə mobil və xüsusi oyun cihazlarında işləyən oyunların yaradılmasına imkan verir.

1-ci ay

1-ci ay

  • Microsoft .NET Framework overview
  • Git version control system
  • C# Language Syntax Basics
  • Basic Statements
  • Debugging and Diagnostics
  • Object Oriented Programming
  • Records and Structs
2-ci ay

2-ci ay

 

  • Operators
  • C# Collections
  • Delegates and Events
  • C# Generics and Collections
  • Language Integrated Query - LINQ
  • Func and Action
  • Exception Handling
  • Disposal and Garbage Collection
3-cü ay

3-cü ay

 

  • IO Streams
  • Attributes
  • Processes & Threads
  • Asynchronous programming
  • Data Structures
  • Sorting Algorithms
  • Searching Algorithms 
4-cü ay

4-cü ay

 

  • Regular Expressions
  • Introduction to web programming
  • Database fundamentals
  • Data Manipulation and Definition Language
  • Single-Row Functions
  • Aggregating Data Using Group Functions
5-ci ay

5-ci ay

  • Subqueries Objectives
  • Creating Views Database Objects
  • Database objects and triggers
  • ADO.NET
  • Introduction to ASP.NET Core Application
  • Simple ASP.NET Core Web API and Serialization
  • Working with request and response models
6-cı ay

6-cı ay

  • Working with Services and Configuration
  • Request and response models
  • HTTP Headers and Rest Controller Advice
  • Swagger Utility Library
  • Mapping between DTO and Entity with Automapper
  • Docker Containers
7-ci ay

7-ci ay

 

  • Using EFCore with PostgreSQ
  • Database Structure Versioning – Migrations
  • Testing REST Services
  • Testing with Moq framework
  • Testing Database Interactions
  • ASP.NET Core Logging and Model Validation
  • ASP.NET Core MVC and Security
8-ci ay

8-ci ay

  • Final Project
  • Demo day and presentation
Internship program

Internship program

  • Working on real projects

Hərtərəfli Dəstək

Karyera planlaması

ATL Akademiya, tələbələrə uyğun təhsil proqramının seçilməsindən başlayaraq, peşəkar bacarıqlara (vaxtın idarə edilməsi, düzgün kommunikasiya və s.) yiyələnmək və iş axtarışı kimi bir çox mövzularda fərdi konsultasiya, inkişaf təlimləri, sınaq texniki və davranış müsahibələri keçirməklə dəstək göstərir.

Mentor dəstəyi

ATL Akademiyada, həftəlik nəzəri dərs saatlarından əlavə olaraq, ATL Tech şirkətinin peşəkar proqramçılarından ibarət heyət tərəfindən həftəlik praktik məşğələlər keçirilir, tədris proqramı boyunca daim tələbələrin suallarını cavablayır və çətinlik yarandığı anda onlara köməklik göstərirlər.

İşə qəbul imkanı

Hər bir məzun olan şəxs və tədrisinin son aylarında olan tələbələrin CV və portfolioları ilk növbədə ATL Tech şirkətinin İnsan Resursları departamenti tərəfindən işə qəbul üçün dəyərləndirilir və digər müvafiq şirkətlərə yönləndirilir.

Təcrübə proqramı

Akademiya məzunları ATL Tech şirkətində təcrübə keçmək imkanı qazanırlar. Akademiya, öz məzunları ilə yanaşı, proqramlaşdırma sahəsində karyera qurmaq istəyən şəxsləri də texniki imtahan nəticəsində təcrübə proqramı ilə təmin edir.

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.