Product Management Kursu

Məhsul menecerliyi məhsulun necə və niyə idarə edilməsi sualını cavablandıran strateji bir funksiyadır. Şirkətin inkişafı üçün məhsul hədəflərini düzgün şəkildə planlaşdırmaq, hər kəsin ortaq bir təşkilati məqsədə doğru işləməsini təmin etmək məhsul menecerliyinin əsas funksiyonallığıdır. Bu idarəçilik təşkilatlarda davamlı strateji vəzifələri əhatə edir və daim inkişaf prosesinə təkan verir. Bir çox ağıllı şirkətlər, xüsusilə İT məhsullarının yaradıldığı layihələrdə fəaliyyət göstərən, daxilində böyük İT bölmələrinin olduğu şirkətlər bu vəzifələri yerinə gətirmələri üçün məhsul menecerlərinə ehtiyac duyurlar.

Niyə Biz?

ATL Akademiya informasiya və telekommunikasiya sahəsində fəaliyyət göstərən İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə xidmətlər təqdim edən ATL Tech şirkətinin nəzdində yaradılmışdır. Akademiya öz məzunlarına təcrübə keçmək imkanı yaradan, biznes və tədris sahəsində peşəkar olan təlimçilərin çalışdığı və proqramlaşdırmanın müxtəlif sahələri üzrə əhatəli tədris proqramı ilə seçilən təhsil müəssisəsidir.

2 ay
2 ay
14 dərs
14 dərs
Sertifikat
Sertifikat
Azərbaycan dili
Azərbaycan dili
Tədris Proqramı

Kursun Proqramı

Proqramlaşdırma bilikləri tələb etməyən bu peşə daim texnoloji trend və yenilikləri öyrənməyə, layihə idarəetməsi və təşkilati bacarıqları təkmilləşdirməyə imkan yaradır. Tədris proqramının sonunda MVP təyin edilməsi, PRD sənədinin hazırlanması və istifadə edilməsi, kəmiyyət və keyfiyyət metodları, UX dizayn prosesi, Waterfall və Agile inkişaf metodologiyaları və məhsul iterasiyası kimi vacib biliklər alacaqsınız.

1-ci ay

1-ci ay

  • Introduction to Product Management
  • Technical Foundations
  • Design Foundations
  • Benchmarking/Determining target customer
  • From idea to product
  • Workshops
2-ci ay

2-ci ay

  • Product development Methodologies
  • Product Analytics
  • Product/Business Strategy Foundations
  • Public Speaking
  • Workshops
  • Final presentation
  • Internship program
Final

Final

  • Project and presentation
  • Internship program

Hərtərəfli Dəstək

Karyera planlaması

ATL Akademiya, tələbələrə uyğun təhsil proqramının seçilməsindən başlayaraq, peşəkar bacarıqlara (vaxtın idarə edilməsi, düzgün kommunikasiya və s.) yiyələnmək və iş axtarışı kimi bir çox mövzularda fərdi konsultasiya, inkişaf təlimləri, sınaq texniki və davranış müsahibələri keçirməklə dəstək göstərir.

Mentor dəstəyi

ATL Akademiyada, həftəlik nəzəri dərs saatlarından əlavə olaraq, ATL Tech şirkətinin peşəkar proqramçılarından ibarət heyət tərəfindən həftəlik praktik məşğələlər keçirilir, tədris proqramı boyunca daim tələbələrin suallarını cavablayır və çətinlik yarandığı anda onlara köməklik göstərirlər.

İşə qəbul imkanı

Hər bir məzun olan şəxs və tədrisinin son aylarında olan tələbələrin CV və portfolioları ilk növbədə ATL Tech şirkətinin İnsan Resursları departamenti tərəfindən işə qəbul üçün dəyərləndirilir və digər müvafiq şirkətlərə yönləndirilir.

Təcrübə proqramı

Akademiya məzunları ATL Tech şirkətində təcrübə keçmək imkanı qazanırlar. Akademiya, öz məzunları ilə yanaşı, proqramlaşdırma sahəsində karyera qurmaq istəyən şəxsləri də texniki imtahan nəticəsində təcrübə proqramı ilə təmin edir.

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.