Java Backend Proqramlaşdırma Kursu

Backend proqramlaşdırmanı öyrənmək daha üstün bacarıqlara və bununla da yüksək gəlirli peşəkar olmağa imkan verir. Veb proqramların hansı məntiqlə və necə işləməsi, məlumatların saxlanılması və istifadə edilməsi backend proqramlaşdırma zamanı baş verir. Verilənlər bazasının təhlükəsizliyi, məzmun idarəetməsi və veb quruluşu kimi işlərin idarəsi də backend proqramlaşdırma zamanı edilir. Backend proqramlaşdırma kursunun sonunda Azərbaycanda və dünyada ən çox tələb olunan bacarıqlara sahib veb proqramçı olacaqsınız.

Niyə Biz?

ATL Akademiya informasiya və telekommunikasiya sahəsində fəaliyyət göstərən İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə xidmətlər təqdim edən ATL Tech şirkətinin nəzdində yaradılmışdır. Akademiya proqramlaşdırma kursunu müvəffəqiyyətlə tamamlayan məzunlarına təcrübə keçmək imkanı yaradan, biznes və tədris sahəsində peşəkar olan təlimçilərin çalışdığı və proqramlaşdırmanın müxtəlif sahələri üzrə əhatəli tədris proqramı ilə seçilən təhsil müəssisəsidir.

172 dərs
172 dərs
Sertifikat
Sertifikat
Azərbaycan dili
Azərbaycan dili
8 ay
8 ay
Tədris Proqramı

Kursun Proqramı

Proqramın sonunda Java dilini və obyekt yönümlü proqramlaşdırmanı, problemlərin həlli üçün uyğun data struktur və alqoritmləri müəyyən etməyi, Spring Boot ilə veb tətbiqləri qurmağı, PL/SQL databazası ilə məlumatların saxlanması və istifadə edilməsini öyrənəcəksiniz. Bundan əlavə, Mikroservis texnologiyası ilə müxtəlif proqramlaşdırma dillərinin və texnologiyalarının eyni layihədə istifadə olunmasını, Docker ilə işləməyi, Kubernetes ilə bir və ya daha çox serverdə konteynerləri icra və idarə etməyi bacaracaqsınız.

1-ci ay

1-ci ay

  • Introduction to web programming
  • Language elements
  • Conditions
  • Repetitions
  • Arrays
  • Object Oriented Programming
  • Interfaces
2-ci ay

2-ci ay

 

  • Packages
  • Enumerations and wrapper types
  • Exceptions in Java
  • Date and time API
  • Generics
  • Sorting and comparing
  • Collections
3-cü ay

3-cü ay

 

  • Input/Output streams
  • Reading and Writing files
  • Multithreading
  • Execution service
  • Data structures and Algorithms
4-cü ay

4-cü ay

 

  • Lambda and Stream API
  • Database fundamentals
  • Retrieving, Restricting and Sorting data
  • Aggregating data using group functions
  • Java Database Connectivity
5-ci ay

5-ci ay

 

  • Spring Boot application
  • Services and Configuration
  • JDBC template, Lombok
  • Logging, Swagger
  • REST Controller
  • Adding database support
  • JPA repository
6-cı ay

6-cı ay

 

  • Database structure versioning
  • Docker containers
  • Spring validation
  • Spring Web and Security
  • Making HTTP calls
  • SOAP web services
7-ci ay

7-ci ay

 

 

  • SOAP web services
  • Building Docker images
  • Microservices architecture
  • Git version control system
  • Deploying Microservices to Kubernetes
8-ci ay

8-ci ay

  • Final Project
  • Demo day and presentation
Internship program

Internship program

 

  • Working on real projects

Hərtərəfli Dəstək

Karyera planlaması

ATL Akademiya, tələbələrə uyğun təhsil proqramının seçilməsindən başlayaraq, peşəkar bacarıqlara (vaxtın idarə edilməsi, düzgün kommunikasiya və s.) yiyələnmək və iş axtarışı kimi bir çox mövzularda fərdi konsultasiya, inkişaf təlimləri, sınaq texniki və davranış müsahibələri keçirməklə dəstək göstərir.

Mentor dəstəyi

ATL Akademiyada, həftəlik nəzəri dərs saatlarından əlavə olaraq, ATL Tech şirkətinin peşəkar proqramçılarından ibarət heyət tərəfindən həftəlik praktik məşğələlər keçirilir, tədris proqramı boyunca daim tələbələrin suallarını cavablayır və çətinlik yarandığı anda onlara köməklik göstərirlər.

İşə qəbul imkanı

Hər bir məzun olan şəxs və tədrisinin son aylarında olan tələbələrin CV və portfolioları ilk növbədə ATL Tech şirkətinin İnsan Resursları departamenti tərəfindən işə qəbul üçün dəyərləndirilir və digər müvafiq şirkətlərə yönləndirilir.

Təcrübə proqramı

Akademiya məzunları ATL Tech şirkətində təcrübə keçmək imkanı qazanırlar. Akademiya, öz məzunları ilə yanaşı, proqramlaşdırma sahəsində karyera qurmaq istəyən şəxsləri də texniki imtahan nəticəsində təcrübə proqramı ilə təmin edir.

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.