ATL Akademiyanı fərqləndirən nədir?

ATL Akademiya informasiya və telekommunikasiya sahəsində fəaliyyət göstərən İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə xidmətlər təqdim edən ATL Tech şirkətinin nəzdində yaradılmışdır. Akademiya öz məzunlarına təcrübə keçmək imkanı yaradan, biznes və tədris sahəsində peşəkar olan təlimçilərin çalışdığı və proqramlaşdırmanın müxtəlif sahələri üzrə əhatəli tədris proqramı ilə seçilən təhsil müəssisəsidir.

Karyera planlanmasında dəstək

IT sahəsində karyera istiqamətinizi müəyyənləşdirmək üçün akademiyada keçirilən fərdi konsultasiya, peşəkarlarla görüşlər, fərdi inkişaf təlimləri və texniki müsahibələr sizə lazımi bilik və bacarıqları qazandıracaqdır.

Tech icma əhatəsində olmaq

ATL Tech şirkətinin peşəkar proqramçıları və müəllim heyəti ilə ünsiyyət sizə əlaqə şəbəkənizi genişləndirməyə, yeni texnologiyalardan xəbərdar olmağa və sürətli inkişaf etməyə dəstək olur.

Rahat öyrənmə mühiti

Distant təhsil yoxsa sinif otağı? ATL Akademiyada tələbələrimiz dərslərə gələ və ya onlara rahat olan yerlərdən dərslərə online qoşula bilərlər.

Təcrübə proqramı

Məzunlarımız tədris proqramı və imtahan nəticələrindən asılı olaraq, 100 nəfərdən artıq heyəti olan və 7 ildir ki rəqəmsal həllər sahəsində məhsullar yaradan ATL Tech şirkətində təcrübə keçirmək imkanı qazanırlar.

Texniki müsahibələr

İşə qəbul çoxmərhələli prossesdir və müsahibələr bu prosesin həlledici hissəsidir. Bir İT şirkətində işə qəbul olmaq üçün texniki və davranış müsahibələrindən uğurla necə keçməli olduğunuzu ATL Tech şirkətinin sınaq müsahibələrdə öyrənəcəksiniz.

Şəxsi portfolio

ATL Akademiya tələbələri nəzəri biliklər əldə etməklə yanaşı, təcrübə keçmək imkanı da qazanırlar. Təhsilini bitirən hər bir tələbə mentorların rəhbərliyi altında buraxılış layihəsi üzərində işləyirlər və bu layihələr tələbələrin şəxsi portfolio-larına elavə edilir.

Missiyamız

ATL Akademiyanın missiyası effektiv inkişaf etmək üçün proqramlaşdırma və IT biliklərinə sahib peşəkarların rolunu anlayan bizneslər və individuallara xidmət göstərməkdir.

ATL Akademiyada bir gün

Qeydiyyat formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizə uyğun olan vasitə ilə əlaqə saxlayaq.