Tələbələrimizlə Lerikə hiking yürüşü etdik!

07.04.2021


ATL Akademiya tələbə, məzun və təlimçilərindən ibarət komanda Lerikə hiking turda iştirak etdilər. Tur zamanı Lerikin Aşağı və Yuxarı Qələbin şəlalələrinə orta çətinlikli yürüş oldu. Daha sonra Aşağı Qələbin şəlaləsində piknik edildi, müxtəlif əyləncəli oyunlar oynanıldı. Təşkil edilən hiking yürüş iştirakçıların bir çoxu üçün yeni bir təcrübə oldu.

Qeyd edək ki, turun əsas məqsədi tələbələrin asudə vaxtlarını maraqlı keçirməsi, şəbəkələrini və tədrisdənkənar fəaliyyətlərinin genişləndirilməsi idi.

ATL Akademiyada təhsil alan və təhsillərini tamamlayan tələbələrə bu növ turlarda iştirak imkanı daim yaradılır.

Turdan maraqlı görüntələri sizinlə paylaşırıq.

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.