Məzun və tələbələrimizin iştirakı ilə növbəti Alumni Meetup keçirdik!

06.03.2021

ATL Akademiya məzun və tələbələrin iştirakı ilə növbəti "Alumni Meetup" görüşü keçirildi.

Görüş zamanı aşağıdakı mövzuları müzakirə etdik:

  • Open Source Projects and Real-world Software Development
  • Agile Software Development
  • Benefits of Cloud Computing

Görüşün birinci yarısında Elektron Hökümət Mərkəzinin Sistem Proqram Təminatı üzrə baş mühəndisi Emin Quliyev proqram təminatı yaradılan zaman açıq mənbəli layihələr, proqramçının sıx üzləşdiyi problemlər, data struktur və alqoritmlər, təhlükəsizlik, testing və debugging haqqında danışdı. Daha sonra ATL Tech şirkətinin Scrum Master üzrə mütəxəssisi Aytac Müzəffərova Agile/Scrum metodologiyası və onun iş prosesindəki rolu barədə iştirakçılara geniş məlumat verdi.

Görüşün ikinci hissəsində isə ATL Tech şirkətinin DevOPs üzrə baş mühəndis proqramçısı Elnur Qurbanov tərəfindən Bulud Texnologiyalarının önəmini qeyd etdi və bir neçə nümunələr tələbələrə göstərildi.

Qeyd edək ki, Akademiyada tələbələrin tədris fəaliyyəti ilə yanaşı, şəbəkələrini genişləndirmək, texnologiya sahəsindəki yeniliklərdən xəbərdar olmaq və bazardakı karyera tələbələri barədə məlumatlı olmaq üçün peşəkarlarla görüşlər tez-tez keçirilir.

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.