java proqramlaşdırma dili

İş təcrübəsi olmayanlar üçün 5 sadə layihə ideyası

Proqramlaşdırma elə iş sahəsidir ki, real iş təcrübəsi olmadan da təcrübə qazanıb iş müsahibəsindən keçmək olur. Hər bir şirkətdə müəyyən proyektlər reallaşdığı üçün bunları kodlaşdıracaq peşəkar developerə ehtiyac duyulur. Siz də portfolionuz sayəsində müsahiblərə şirkətin proyektlərini reallaşdıra biləcək səviyyədə və bilikdə olduğunuzu sübut edə bilərsiniz. Buna görə həm CV-nizi gücləndirəcək, həm də biliklərinizi təkmilləşdirəcək 5 web proqramlaşdırma proyekt ideasını sizə təqdim edirik.

 

1) Qeydiyyat formu - Form validation

Qeydiyyat formu olmadan hazırlanan veb proyektlərlə çox az hallarda rastlaşılır. Proqramçıların gündəlik fəaliyyətdə tez tez rastlaşdığı tapşırıqlardan biri də məhz bu form ilə bağlıdır. Sadə görünsə də daxilində bir neçə “if”, “else”, “for” kimi kombinasiyalardan istifadə olunduğu üçün maraqlı və mürəkkəb tapşırıqdır.

 

Bunlardan əlavə, qeydiyyat prosesinin bir hissəsi olan doğrulama (validation) zamanı şifrələrin uyğunlaşması, böyük hərflərdən, rəqəmlərdən istifadə olunması, istifadəçi adı verilənlər bazasında varsa “bu addan istifadə olunub” bildirişinin gəlməsi tapşırığın əsas funksiyalarından hesab olunur.

 

2) Çat proqramı - Chat app

Javascript-in təkcə frontda deyil, həmçinin server tərəfdə də mükəmməl işlər görməsi və proqramçıların bundan istifadə edə bilməsi indiki dövrdə İT şirkətləri üçün çox cəlbedicidir. Javascript-in React JS kitabxanası ilə çat proqramı yarada və onu portfolionuza əlavə edə bilərsiniz. Əlavə olaraq, Node.js açıq kitabxanasından istifadə edərək məlumatları verilənlər bazasına (database) ötürə bilərsiniz.

3) APİ istifadə edə biləcəyiniz Hava Proqnozu tətbiği proqramı - Weather APP

İnternetdə olan bir neçə açıq APİ – lar var və onların hamısı ilə funksional və maraqlı işlər görmək mümkündür. Ən bilinənlərdən biri hava məlumatlarına aid olan proqram təminatıdır. Tək səhifəlik veb sayt yaradaraq və hava məlumatları APİ– larını inteqrasiya edərək orada günlük, həftəlik və aylıq havanın necə olacağını yenilənərək əlavə edə bilərsiniz. Şirkətlərin APİ – lardan istifadə etməsinin əsas səbəblərindən biri də manual qaydada proqramçının məlumat daxil etməsinə ehtiyac olmamasıdır, o daim yenilənir.

   

  

 

 

4) Öz portfolio və CV saytınız

Portfolio saytı interfeys baxımından və indiyənə qədər gördüyünüz işləri nümayiş etdirmə baxımından hər bir proqramçı olmaq yolunda irəliləyən şəxslərə lazımdır. Bu, bir növ onun vizitkartıdır. Bu növ CV formatının olması sizə CV – nizi göndərdiyiniz zaman digər namizədlərə nisbətən üstünlülük qazandıracaq.

5) Axtarış edə biləcəyiniz bir platforma - Search Box

Proyektləriniz arasına əlavə edəcəyiniz başqa bir tətbiq də hər hansı bir mətni və ya sözü axtara bilən bir platforma ola bilər. Bu proyekt sayəsində siz obyektlər, Array ilə işləmə bacarığı əldə edə, onların methodlarından istifadə edə və eyni zamanda Javascript-də DOM metodları ilə bağlı biliklərinizi xeyli təkmilləşdirmiş olacaqsınız.

 

Proqramlaşdırmaya yeni başlayanlar Java dilini seçə bilərlər, çünki o, əməliyyat sistemindən asılı deyil, çoxlu zəngin open source (açıq qaynaqlı) kitabxana və komponentlərə malikdir. Həmçinin Java həm bugünün, həm də gələcəyin ixtisası hesab edilir.

Daha sonra nə öyrənim deyə fikirləşirsinizsə, "Yeni başlayan Java proqramçının yol xəritəsi" bloqumuzu oxumağınızı tövsiyə edirik.

https://bit.ly/3q5nQLm

 

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.