Product Management proqramı məzunlarımızın yekun layihələrinin təqdimatı keçirildi

22.04.2021

Məhsullar onlayn alış-veriş, nəqliyyat, turizm və gözəllik xidmətləri, idman və sağlam həyat tərzi kimi sahələrdə olan müxtəlif müştəri çətinliklərinə yönəlmişdir. 

Layihələr 5 əsas qiymətləndirmə meyarı: 
- Bazarı/müştərini tanıma
- Kəmiyyət və keyfiyyət analizi
- Strategiya/vizyon
- Məhsulun dizaynı
üzrə qiymətləndirildi. 

Görüşümüzdə jüri qismində iştirak edən Pasha Bankın Senior Product Owner-i Lala Azizli (PSPO l, PSM I), Whelp şirkətinin Chief Product Owner-i Shahlar M. Damirli və ATL Tech şirkətinin Məhsulların dəstəyi departamentinin rəhbəri Anar Mustafaya dərin təşəkkürümüzü bildiririk!

Proqram məzunları ATL Tech şirkətində 3 aylıq təcrübə keçərək şirkətin layihə və məhsullarının inkişafında təcrübə qazanacaqlar.

Qeyd edək ki, Product Management proqramının məqsədi Karyerasını dəyişməyi və Product Owner olaraq qurmağı planlaşdıran insanlar üçün lazımlı fundamental bilik və bacarıqları formalaşdırmaqdır.

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.