Scrum Master Kursu

Scrum mürəkkəb məhsulları inkişaf etdirmək, təslim etmək və davam etdirmək üçün bir çərçivədir. Bu təlimat Scrum-u müəyyən edir. Tərifə Scrumun rolları, fəaliyyətləri, artefaktları və onları birləşdirən qaydaları daxildir. Təlimdə Scrum, Scrum dəyərləri, qaydaları, rolları, Scrum Master rolu haqqında geniş məlumat alacaq, və Scrum Masterin müxtəlif rollarda simulyasiyında iştirak edəcəksiz. Hal-hazırda Azərbaycanda bir çox şirkət və korporasiyalarda tələb olunan peşələrdən biri sayılır və tətbiqi böyükdür. Xüsusən ATL Tech, Kapital Bank, Paşa Bank və bu kimi bir çox şirkətlərdə bu peşənin mütəxəssislərinə daha çox ehtiyac var.

Niyə Biz?

ATL Akademiya informasiya və telekommunikasiya sahəsində fəaliyyət göstərən İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə xidmətlər təqdim edən ATL Tech şirkətinin nəzdində yaradılmışdır. Akademiya proqramlaşdırma kursunu müvəffəqiyyətlə tamamlayan məzunlarına təcrübə keçmək imkanı yaradan, biznes və tədris sahəsində peşəkar olan təlimçilərin çalışdığı və proqramlaşdırmanın müxtəlif sahələri üzrə əhatəli tədris proqramı ilə seçilən təhsil müəssisəsidir.

2 gün
2 gün
Azərbaycan dili
Azərbaycan dili
Sertifikat
Sertifikat
Tədris Proqramı

Kursun Proqramı

Kursun məqsədi Scrum Master rolu və öhdəlikləri haqqında dərindən öyrənmək və simulyasiya vasitəsilə praktiki bacarıqlar əldə etməkdən ibarətdir. Toplam 7 saat olduğu üçün bu Scrum Masterliyə giriş xarakterli təlimdir. Təlimdən sonra siz Scrum Masterin hansı rollarda xidmət etdiyi haqqında geniş məlumata sahib olacaqsız. Eyni zamanda Agile Coach ilə Scrum Master rolları arasındakı fərqi, bu rolların kəsişdiyi məqamları əldə etmiş olacaqsız.

1-ci gün

1-ci gün

  • Agile Manifesto: dəyər və prinsipləri
  • Scrum freymvorku nədir
  • Scrum dəyərləri
  • Scrum qaydaları, seremoniyaları
  • Scrum komandalar
  • Scrum rolları
  • Scrum Master kimdir?
2-ci gün

2-ci gün

  • Scrum Master fasilator kimi
  • Scrum Master lider kimi
  • Scrum Masterin komanda qarşısında xidmətləri
  • Scrum Masterin Şirkət qarşısında xidmətləri
  • Scrum Masterin Məhsul Sahibinə dəstəyi
  • Scrum Master digər rollarda
  • Agile Coach və Scrum Master rolları

Hərtərəfli Dəstək

Karyera planlaması

ATL Akademiya, tələbələrə uyğun təhsil proqramının seçilməsindən başlayaraq, peşəkar bacarıqlara (vaxtın idarə edilməsi, düzgün kommunikasiya və s.) yiyələnmək və iş axtarışı kimi bir çox mövzularda fərdi konsultasiya, inkişaf təlimləri, sınaq texniki və davranış müsahibələri keçirməklə dəstək göstərir.

Mentor dəstəyi

ATL Akademiyada, həftəlik nəzəri dərs saatlarından əlavə olaraq, ATL Tech şirkətinin peşəkar proqramçılarından ibarət heyət tərəfindən həftəlik praktik məşğələlər keçirilir, tədris proqramı boyunca daim tələbələrin suallarını cavablayır və çətinlik yarandığı anda onlara köməklik göstərirlər.

İşə qəbul imkanı

Hər bir məzun olan şəxs və tədrisinin son aylarında olan tələbələrin CV və portfolioları ilk növbədə ATL Tech şirkətinin İnsan Resursları departamenti tərəfindən işə qəbul üçün dəyərləndirilir və digər müvafiq şirkətlərə yönləndirilir.

Təcrübə proqramı

Akademiya məzunları ATL Tech şirkətində təcrübə keçmək imkanı qazanırlar. Akademiya, öz məzunları ilə yanaşı, proqramlaşdırma sahəsində karyera qurmaq istəyən şəxsləri də texniki imtahan nəticəsində təcrübə proqramı ilə təmin edir.

Qeydiyyat Formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizinlə zəng vasitə ilə əlaqə saxlayaq.