Proqramlaşdırmanın əsasları

Apple şirkətinin qurucusu Stiv Cobsun dediyi kimi “Hər kəs proqramlaşdırmanı öyrənməlidir... çünki bu düşünməyi öyrədir”. Proqramlaşdırma strukturlu, məntiqli və yaradıcı düşünmə bacarığını inkişaf etdirir. Tədricən, beyin bütün məsələlərə proqramlaşdırma prinsipi ilə yanaşaraq onu kiçik hissələrə parçalayır və düzgün şəkildə qavrayır.

Proqramçı kimdir?

Yaxşı bir proqramçı olmaq üçün bu işin nəzəriyyəsini, fundamental əsaslarını və konsepsiyasını çox yaxşı bilməlisiniz. Proqramlaşdırmanı yaxşı bacarmaq üçün isə çox praktika etmək mütləqdir. Uzun sözün qısası, siz daima proqramlaşdırma məntiqinizi inkişaf etdirməli və alqoritmləri düzgün şəkildə tərtib etmək bacarığınızı təkmilləşdirməlisiniz.

Nə öyrənirəm?

Tədris proqramının sonunda sizin alqoritmik düşünmək və proqramlaşdırma məsələlərinin optimal həll yolunu kodlaşdırmaq bacarıqlarınız inkişaf edəcək. Həmçinin siz, obyekt yönlü proqramlaşdırma, Java-da tək ölçülü və çox ölçülü massivlərlə işləmək, metodlar, List, Set, Map kimi əsas kolleksiyalar, xətaların (Exceptions) emal olunması və digər vacib mövzular üzrə nəzəri və praktiki təhsil alacaqsınız.

Tədris saatları

Proqram mənə nə qazandırır?

Tədris proqramında təqdim olunan materiallar sizi beynelxalq sertifikat imtahanlarını uğurla keçməyiniz üçün də hazırlayır. Belə ki, müasir dövrdə geniş istifadə olunan obyekt yönümlü proqramlaşdırma (OOP), onun baza elementləri olan sinif və obyekt (class-object) anlayışları, müxtəlif data tiplər, massiv anlayışı (Array) və digər yüksək səviyyəli mövzuları əhatə edən tədris planı sizi bir neçə beynelxalq sertifikat imtahanlarını uğurla keçməyinizə imkan yaradır.

Qeydiyyat mərhələsi

Onlayn müraciət

Onlayn müraciət formunu dolduraraq ətraflı məlumat ala və ya  görüş təyin edə bilərsiniz.

Konsultant ilə görüş

Proqramların detallı məzmunu və tədris forması ilə tanış olmaq üçün proqram konsultantı ilə görüşə bilərsiz.

Qeydiyyatı tamamla

Müqavilənin bağlanması və təhsil haqqı ödənişini Akademiyaya gələrək və ya online edə bilərsiniz.

Hərtərəfli Dəstək

Karyera planlaması

ATL Akademiya, tələbələrə uyğun təhsil proqramının seçilməsindən başlayaraq, peşəkar bacarıqlara (vaxtın idarə edilməsi, düzgün kommunikasiya və s.) yiyələnmək və iş axtarışı kimi bir çox mövzularda fərdi konsultasiya, inkişaf təlimləri, sınaq texniki və davranış müsahibələri keçirməklə dəstək göstərir.

Mentor dəstəyi

ATL Akademiyada, həftəlik nəzəri dərs saatlarından əlavə olaraq, ATL Tech şirkətinin peşəkar proqramçılarından ibarət heyət tərəfindən həftəlik praktik məşğələlər keçirilir, tədris proqramı boyunca daim tələbələrin suallarını cavablayır və çətinlik yarandığı anda onlara köməklik göstərirlər.

İşə qəbul imkanı

Hər bir məzun olan şəxs və tədrisinin son aylarında olan tələbələrin CV və portfolioları ilk növbədə ATL Tech şirkətinin İnsan Resursları departamenti tərəfindən işə qəbul üçün dəyərləndirilir və digər müvafiq şirkətlərə yönləndirilir.

Təcrübə proqramı

Akademiya məzunları ATL Tech şirkətində təcrübə keçmək imkanı qazanırlar. Akademiya, öz məzunları ilə yanaşı, proqramlaşdırma sahəsində karyera qurmaq istəyən şəxsləri də texniki imtahan nəticəsində təcrübə proqramı ilə təmin edir.

Qeydiyyat formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizə uyğun olan vasitə ilə əlaqə saxlayaq.