Mentor sistemi nədir?

Mentorluq ilk növbədə empatiya ilə dinləmək, təcrübə və fikir mübadiləsi, peşəkar dostluq etmək və qarşı tərəfi həvəsləndirməyi əhatə edir. Məhz mentor sisteminin əsas məqsədi də bundan ibarətdir ki, peşakar fəaliyyət göstərən işçilər öz mövcud bilik, bacarıq və təcrübələrini karyeralarında yüksəlməyə çalışan yeni və ya daha az təcrübəsi olan insanlarla birlikdə çalışaraq onlara ötürür və öyrədirlər.

buddy system

Mentorlarımız kimlərdir?

Mentorlar ATL Tech şirkətinin peşəkar proqramçılarından ibarət bir heyətdir. Onlar praktiki məşğələləri keçirir, tələbələrin suallarını cavablayır və çətinlik yarandığı anda onlara köməklik göstərirlər. Həmçinin, mentorların digər rolu akademiya tələbələrinə buraxılış layihəsi üzərində işləyən zaman daim dəstək olmaqdır.

Mentor Saatları

Həftəsonu
Tələbələrin sıx qrafikini nəzərə alaraq mentor məşğələləri həftəsonuna təyin edilmişdir
Ofis daxili və ya online
Tələbələr rahat şəkildə mentorlar ilə görüşmək üçün onlara uyğun formanı seçə bilərlər.

Qeydiyyat formu

ATL Akademiyada qeydiyyatdan keçmək, tədris proqramı ilə yaxından tanış olmaq və ya əlavə suallarınızın cavablandırılması üçün formu doldurun, sizə uyğun olan vasitə ilə əlaqə saxlayaq.